“Yaxın Şərqdəki bütün problemlərin arxasında İran dayanır. Bununla belə, bizim üçün ən böyük təhdid İran yox, Müsəlman Qardaşlarıdır (qısa adıyla İxvan)”.
Ovqat.com xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Amerikanın “Time” jurnalına müsahibəsində belə deyib.
O, İrandan qorxmadıqlarını həmin ölkənin iqtisadi və hərbi gücünün Səudiyyə Ərəbistanı ilə müqayisə olunmaz dərəcədə zəifliyi ilə əsaslandırıb. İxvana gəlincə isə, vəliəhd bu təşkilatın təkcə Səudiyyə krallığı üçün deyil, həm də Avropa üçün böyük təhdid meydana gətirdiyini vurğulayıb. Vəliəhdin fikrincə, İxvanın əsas hədəflərindən biri Avropada yaşayan müsəlmanlardır: “Dindarları ifratçılığa istiqamətləndirən İxvan 30 ildən sonra Avropanı müsəlman qitəyə çevirmək istəyir”.
Müsahibəsində islami terror təşkilatlarına qarşı mübarizənin iki yolu olduğunu vurğulayan vəliəhdə görə, bunlardan biri öldürmək, digəri isə həbs etməkdir.
Qeyd edək ki, vəliəhd bundan əvvəl də başqa bir Amerika jurnalına müsahibəsində bənzər fikirləriylə yadda qalmışdı. Həmin müsahibəsində Əli Xamneyinin Hitlerdən daha təhlükəli olduğunu bildirən Məhəmməd bin Salman İranı müsəlman dünyasının “şeytan üçbucağı”na aid etmişdi. Onun nəzərindəki “şeytan üçbucağı”nın tərəfləri bunlardır: İran, İxan və radikal sünni qruplar.
Vəliəhdin fikrincə, İxvan əl-Qaidə və İŞİD-dən daha təhlükəlidir.
Paylaş: