Xəbər lenti

  

Rusiyanın Energetika Naziri Aleksandr Novak ilə İran Neft Naziri Bijen Namdar Zəngənə bir araya gəliblər.

Ovqat.com xəbər verir ki, tərəflər Rusiya şirkətlərinin İrandakı neft və qaz layihələrində yer almasıyla bağlı müzakirə aparıblar.

 Rusiya Energetika Nazirliyi də məlumatı təsdiqləyib. Nazirliyin bəyanatına görə, Novak ilə Zəngənə arasında keçirilən görüşdə tərəflər enerji sektorundakı son prosesləri müzakirə ediblər. Onlar bu çərçivədə iki ölkə arasında Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) və Qaz İxrac Edən Ölkələr Forumu (GECF) nəzdində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Müşahidəçilərin fikrincə, Novakın bu addımı ABŞ-ın İrana qarşı sanksiya hazırlığına verilmiş əks-reaksiyadır. Belə ki, ABŞ rəhbərliyi bir müddət əvvəl "müttəfiq" ölkələrə İrandan neft və qaz idxalının dayandırılmasıyla bağlı müraciət etmişdi. Rəsmi Tehran isə sanksiyalar tətbiq olunacağı təqdirdə Hörmüz boğazını bağlayacağına eyham vurmuşdu. Avropanı enerji inhisarına almağa çalışan Rusiyanın belə bir zamanda İranla əməkdaşlıq perspektivlərini müzakirə etməsi, həqiqətən də Tramp hakimiyyətinin iradəsinə qarşı çıxışa bənzəyir.

Qeyd edək ki, nüvə sazişindən sonra neft ixracatını gündəlik 2.5 milyon barrelə yüksəltmişdi. Bunun 1.6 milyon barreli Asiya ölkələrinə satılır.

Rusiya Energetika naziri Novakın ötən həftə verdiyi açıqlama da ABŞ-ın İrana qarşı tətbiq etməyi planlaşdırdığı sanksiyaları dələ biləcəyi mesajına bənzəyirdi. O, İranla neft qarşılığında mal və xidmət mübadiləsi proqramı ilə hələ məşğul olduqlarını ifadə etmişdi.




Ana səhifəyə qayıt        Baxış: 995          Tarix: 23-07-2018, 22:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma