Xəbər lenti
27-11-2024, 19:25

 “Gömrükdə mobil telefonları ilə bağlı rüsumların artırılması ilə bağlı qərarın səriştəsizliyi göz qabağındadır. Əslində iqtisadiyyatda bütün qərarlar iqtisadi baxımdan həssas sosial təbəqəni nəzərə almaqla verilməlidir. Belə qərarlar eksplerent (“qaranquş”) firmalara yox, patiyent (“tülkülər”) firmalara yönəlik olmalıdır”.

Ovqat.com xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Məhəmməd Talıblı öz facebook statusunda paylaşıb.

Statusunda eksplerent (“qaranquş”) və patiyent (“tülkülər”) terminlərinin mahiyyətinə də aydınlıq gətirən ekspert fikirlərini belə izah edib:

“Patiyent firmalar – eksluziv mallar istehsal edən və ya sataraq onların elit təbəqələrin tələblərini təmin edirlər. Onlar ekskluziv malların satışı, yüksək markalar hesabına böyük pullar qazanırlar. Dövlət onların alıcılarının xərclədiyi pullar hesabına aşağı təbəqəli insanlara güzəşt zonası tanıyır və bunu təşviq edən addımlar atır. Eksplerent (“qaranquş”) firmalar isə bazarda istehlakçı axtarışında olan məhsul satışı üçün vurnuxan firmalardır.

Azərbaycanda mobil telefon bazarında bu qərarla bundan sonra $100-a qәdәr telefonlara 30 AZN, $701-1000 qәdәr telefonlara 100 AZN və $1001+ olan telefonlara isə 150 AZN rüsum alınacaq. Bu zaman daha bahalı telefon alanlar DAHA AZ, daha ucuz telefon alanlar isə DAHA ÇOX vəsait ödəmək məcburiyyətində qalacaq. Zəif istehlakçıdan və əksəriyyəti əhatə edən telefon alıcılarından daha çox yığım alınacaq. Yüksək gəlirli və satınalma gücü böyük olan alıcılardan isə daha az rüsum tutulacaq.

Nəzərə alanda ki, daha çox alıcılar aşağı və orta ölçülü mobil telefonlar alırlar, bu zaman  məqsəd bu yığım əmsalları ilə dövlət büdcəsinə daha çox vəsait qazandırmaqdır. Halbuki, rüsumlarının əsas məqsədi dövlət büdcəsinə vəsait qazandırmaq deyil, həm də qazanmaqdır! Əslində məqsəd iqtisadiyyatı tənzimləməkdir. Tənzimlələk üçün vergi və qeyri-vergi dərəcələri o zaman artırılır ki, həmin malların və ya əvəzedicilərinin ölkədə istehsalı olsun. Dövlət bununla daxili bazarı və milli istehsalçını xarici rəqabətdən qoruyur. İndiki halda Azərbaycanda mobil telefon istehsal etmir. Demək, onları da xarici təzyiqdən qorumağa ehtiyac da yoxdur. Ona görə düşünürəm ki, bu addımın həssas sosial qrupların ailə büdcələrinin zəifləməsinə, cəmiyyətdə gəlir bərabərsizliyinə yol açması, dövlət büdcəsini doldurmaq üçün düşünülən bir addımdır. Bu mənada mövcud addımın bir neçə baxımdan iqtisadi mənası yoxdur”.




Ana səhifəyə qayıt        Baxış: 738          Tarix: 10-08-2018, 03:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma