Xəbər lenti
Dünən, 19:25

  

“Dollar qlobal ticarətdə etibarlılığını itirib. Artıq avro ilə ticarət önəm qazanmaqdadır”.

Ovqat.com xəbər verir ki, Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrak Fransada həmkarl Bruno Le Mayr ilə görüşdən sonra keçirilən mətbuat konfransında belə deyib.

Onun sözlərinə görə, Türkiyə və Fransa nazirlərinin bu gün 1 saat çəkən görüşlərində əsas müzakirə predmetlərindən biri də bu mövzu olub və tərəflər yekdil fikrə gəliblər:

“İki müttəfiq ölkə kimi birgə hərəkət etmək qərarına gəldik. Fransa bu sağlam addımlar qarşısında dostluğunu bizdən əsirgəmədi. İki ölkənin ticarət həcmi hazırda 14 milyard avrodur, bunu 20 milyard avroya çıxarmaq barədə razılığa gəldik”.

Görüşdə ABŞ-ın digər dövlətlərə, o cümlədən müttəfiqlərinə qarşı iqtisadi sanksiyalar tətbiq etməsini də müzakirə etdiklərini bildirən Albayrakın fikrincə, bu addımlar Amerikanın etibarını zədələməklə yanaşı, həm də onu yalnızlaşdırır:

“Türkiyə olaraq bu prosesdə Dünya Ticarət Təşkilatının Nizamnaməsinə uyğun gəlməyən vergilər məsələsini də müzakirə etdik. Birlikdə hərəkət etməyin iki ölkənin də xeyrinə olacağı aydındır.

İran məsələsini də masaya yatırdıq. Türkiyə regionda sabit liman olan çox nadir ölkələrdən biridir. Bu gün bir daha bunu ortaya qoyduq ki, Amerika və İran məsələsində də eyni şeyləri düşünürük və birlikdə hərəkət etməyi qərarına gəldik.”

Fransa Maliyyə Naziri Bruno Le Mayr da mətbuat konfransındakı çıxışında əsasən ABŞ-ın Türkiyə və Avropaya qarşı haqsız sanksiyaları müzakirə etdiklərini bildirib. O, xüsusilə vurğulayıb ki, Türkiyədəki vəziyyətin stabilləşməsi Avropada hər kəsin marağına uyğundur:  “Türkiyənin mümkün olan hər cür vasitəylə struktur islahatlarına davam etməsi bizim üçün həyati əhəmiyyət daşıyır”.

Türkiyəli həmkarından fərqli olaraq Bruno Le Mayr çıxışı zamanı iki dövlət arasındakı ticari münasibətlərdə dollardan imtina məsələsinə toxunmayıb.




Ana səhifəyə qayıt        Baxış: 371          Tarix: 27-08-2018, 21:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma