ABŞ prezidenti Donald Tramp bu gün yenə öz məşhur “Twitter” paylaşımı ilə dünyanı heyrətləndirməyi başarıb. Budəfəki paylaşım isə olduqca qısa – tək sözdən ibarət olub: “Xəyanət?” ("Treason"?).
Ovqat.com xəbər verir ki, Trampın tək sözlü mesajının “New York Times”-da anonim qaynağa əsaslanaraq dərc olunan bir xəbərdən sonra gəlməsi istər-istəməz insanlarda bəzi şübhəli mülahizələrə yol açıb.
"Tramp administrasiyasındakı müqavimətin bir parçasıyam" sərlövhəli həmin məqalədə prezidentə öz komandası daxilində ciddi dirənişin yarandığı qeyd olunur. Məlumata görə, adı açıqlanmayan xəbər qaynağı deyib:
“Trampın tam anlamadığı şey budur: öz rəhbərliyindəki bir çox yüksək vəzifəli şəxs onun gündəliyinin bəzi hissələrini və ən pis həvəslərini pozmaq üçün səylə çalışır. Bunu dəqiq bilirəm, çünki mən də onlardan biriyəm".
Prezidentin dövlətə zərər vuran hərəkətləri olduğuna diqqət çəkilən bu etirafda hakim komanda üzvlərinin bir çoxunun demokratik institutların məhv olmaması üçün Trampa qarşı birləşdiyi və mübarizə aparmaq üçün and içdikləri qeyd olunur:
"Biz - Tramp rəhbərliyindəki bəzi adamlar onun vəzifə səlahiyyətləri qurtarana qədər səhv hərəkətlərinin qarşısını almağa və demokratik institutlarımızı qorumağa and içdik".
Məqalədə Trampın düşüncələrə, iqtisadi qanunlara və insanların azadlığına layiqincə hörmət etmədiyi kimi, mətbuatı da "xalqın düşməni" kimi qiymətləndirməsi tənqid edilir.
Maraqlıdır ki, Tramp tək sözlü paylaşımından əvvəl həmin məqaləyə münasibət bildirərək, anonim xəbər qaynağını qorxaqlıqda ittiham etmişdi. Bu ifadələrdən qısa müddət sonra o, haqqında bəhs etdiyimiz statusu ilə iddiaları bir daha doğrulamışdır.
Tramp hakimiyyətində müaxliflərin mövcudluğu əslində sirr deyil. İndiyədək bir çox rəsmi şəxs prezidentin anormal üslubuna və hərəkətlərinə etiraz edərək istefa ərizəsi yazmış, bəzi isə Rusiya ilə kirli münasibətləri iddiasıyla hüquq orqanları tərəfindən istefaya məcbur edilmişdi. Hazırda ABŞ məhkəmələri Trampın Rusiya ilə əlaqələrini araşdırır və prezident komandasının bəzi üzvləri ona qarşı könüllü etirafçı olub.
Bu yaxınlarda ABŞ mətbuatına sızan başqa məlumatlarda da prezidentin yaxın çevrəsi tərəfindən aşağılandığı bildirilir. Qeyd olunur ki, hətta ABŞ Müdafiə naziri yaxın dostlarına Trampın 10 yaşlı uşaq qədər ağlı olduğundan gileylənmiş və nazirlərin öz prezidentini seçmək hüququnun yoxluğundan təəssüflənmişdir.
Bir çox ekspertlər isə “Trampa qarşı müxaliflik” iddiası ilə razılşamırlar. Onların fikrincə, əslində Tramp “dərin Amerika”nın, yəhudi lobbilərinin öncədən düşünülümüş proyektidir və hər şey planlaşdırıldığı kimi gedir. Arada müxalif səslərin eşidilməsi isə rəqibləri ümidlə qorxu arasında saxlamaq üçündür.
İddiaların hansının doğruluğu yaxın zamanlarda aydın olacaq.
Paylaş: