Xəbər lenti
27-11-2024, 19:25

  

Bir zamanlar AKP hakimiyyətinin məddahlarından olan publisist-yazar Mehmet Barlas indi öz günahlarını etiraf etməyə başlayıb.

Baş redaktoru olduğu “Sabah” qəzetində qələmə aldığı köşə yazısında Suriya məsələsində yanıldığı etiraf edən M.Barlas bunun səbəbini siyasi hakimiyyətin təlqinləriylə əsaslandırıb.

Mehmet Barlasın bu etiraflarını Ovqat.com oxucularına təqdim edirik:

 

“Biz, Türkiyəli qəzet şərhçiləri Suriyadakı vətəndaş müharibəsini təbii olaraq Ankaranın mövqeyindən çıxış edərək yorumladıq. Yolun başlanğıcında ovaxtkı Baş nazir Tayyib Ərdoğan və ailəsinin, Suriya Prezidenti Bəşşar Əsəd və ailəsi ilə davam etdirdikləri yaxın dostluq vardı. Daha sonra isə Suriyada vətəndaş müharibəsi nəticəsində ortaya çıxan qarşıdurmaların ən çox üç ay davam edəcəyi və Əsədin devrilməsinin qəti olduğu analizləri gəldi Ankaradan.

 Ankara Suriyadakı daxili müharibəyə ABŞ-dan gələn qiymətləndirmələri də hesaba alaraq yaxınlaşdı. Yəni nəticədə Bəşşar Əsədin nə olursa olsun devriləcəyinə inanılırdı. Bu cizgidə Suriyadakı rejimə qarşı olan kürd separatçılarına və PYD-yə də dəstək verilirdi.

 Unudulan və ya göz yuman reallıq o idi ki, Əsəd iqtidarının siyasi dayağı olan Suriyanın Baas partiyasının  güclü bazaya malik və dövlət içində güclü bir təşkilata sahib olmasının gətirəcəyi nəticələrdi. Həmçinin biz Türkiyə olaraq Suriyanın bütövlüyünü müdafiə etməyimiz lazım olduğu halda, Əsəd taxıntısı ilə sonunda bizi də vuracaq olan separatizmə dəstək verməyimizin nəticələrini hesaba qatmamışdıq. Necə ki, indi PKK ilə PYD-nin fərqsiz olduğundan və ABŞ-ın bu təşkilata silah dəstəyi verdiyindən danışırıq.

 Bölgəyə yad olan ABŞ-ın əvvəl İraqda sonra da Suriyada faciəli səhvlər etməsi bir məqamda təbii qarşılana bilər.

 Məsələn, İraqın ictimai-siyasi reallıqlarını yox sayaraq bu ölkəni işğal edib Səddamı da edam etdirən ABŞ nəhayət bu ölkənin parçalanmasına və Sünni reaksiyası ilə Baas kadrlarının sahibsizliyndən faydalanan DEAŞ (İŞİD-red.) kimi bir terror quruluşunun doğmasına səbəb oldu. Və ABŞ İraqda özünə müttəfiq olaraq Türkiyəni hədəf alan PKK təşkilatını gördü.

Eyni səhvləri Suriyada da təkrarladıq. Ancaq bu dəfə İraqdan fərqli olaraq Suriyada Bəşşar Əsədin yanında Rusiyanın hərbi qüdrəti də vardı. Və indi Türkiyə həm köhnə siyasətini yox saymamağa və həm də Rusiya ilə qarşı-qarşıya gəlməməyə çalışır. Rus təyyarəsinin FETÖ-cülər tərəfindən vurulmasından sonra yaşanan böhranın bu dəfə Suriya və İdlib üzərindən təkrar edilməsi əlbəttə də tələb olunmur.

 Türkiyənin Suriyada bu ölkənin bütövlüyünü müdafiə etməsi və Əsədə bağlı rejim çəkişmələrinə qarışmaması ən doğru mövqe olacaqdır. Nəticədə biz də xarici ölkələrin bizim bütövlüyümüzə hörmətlə yanaşmalarını və daxili işlərimizə qarışmamasını istəmərikmi? Bu arada, təbii ki, Suriya rejiminin və Rusiyanın İdlibdəki təhlükəsizlik arayışının qanlı bir qırıma əsaslanmasına da qarşı olacağıq.




Ana səhifəyə qayıt        Baxış: 1 059          Tarix: 7-09-2018, 11:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma