
Bu o demək deyil ki, terrorçulara verilən dəstək İŞİD-ə qarşı mübarizənin bir hissəsi olaraq qələbəyə gətirib çıxaracaq, politoloq Fikrət Sadıxov belə deyir
Fikrət Sadıxov: “Rəsmi Ankara Amerkanın bu addımı ilə razılaşmayacaq”
ABŞ prezidenti Donald Tramp Suriyada İŞİD-lə döyüşən kürd qruplaşmaların silahlandırılmasına dair planı təsdiqləyib.
Ovqat.com xəbər verir ki, politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Türkiyə qərblə yaxınlıq etmək istəyir: “Ərdoğanla Trampın arasında telefon danışıqları da olub. Ancaq görünən odur ki, Tramp administrasiyası yeni addım atmaq fikrində deyil. ABŞ terrorçularla mübarizə aparmaq istəyirsə bu heç də o demək deyil ki, digər terrorçulara dəstək verməlidir. Bununla məsələ həll olunmur”. “Bu o demək deyil ki, terrorçulara verilən dəstək İŞİD-ə qarşı mübarizənin bir hissəsi olaraq qələbəyə gətirib çıxaracaq. Onlar bunu etməklə Türkiyə ilə münasibətləri gərginləşdirirlər. Rəsmi Ankara bununla razılaşmayacaq. Çünki bunlar onun maraqlarına zidd, tələblərinə cavab verməyən addımlardır” – deyə o bildirib.
Paylaş: