Xəbər lenti

 

Hurriyyet.org xəbər verir ki, Ukrayna qüvvələrinin Krım yarımadası yaxınlığındakı Kerç boğazında bir rus tankerini ələ keçirdiyi bildirilir. Rusiya mətbuatında verilən xəbərlərdə, hadisənin səbəbi tankerin Ukrayna bayraqlı gəmilərin keçidinin qarşısını alması olub.

Ukrayna təhlükəsizlik qüvvələrinin açıqlamasında rus tankerinin ötən ilin noyabr ayında Kerç boğazında baş verən hadisənin iştirakçısı olduğu bildirilir. Hadisə zamanı “Neyma” adlanan tanketin daha sonra adının dəyişdirilərək “Nika Spirit” qoyulduğu, Ukraynanın İzmail limanına daxil olmasından sonra yaxalandığı barəsində məlumat verilir.

2018-ci ilin noyabr ayında Rusiya qüvvələri “Rusiyanın sahil sularını pozdu” adı altında Ukraynaya məxsus gəmiləri ələ keçirmiş və dənizçiləri girov saxlamışdı. Dənizçilər hələ də Rusiyada dustaqdırlar. Ukraynalı dənizçilərin geri qaytarılması üçün Putin ilə Zelenskinin danışıqlar apardığı bildirilir.




Ana səhifəyə qayıt        Baxış: 498          Tarix: 25-07-2019, 21:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma