Lənkəranda sərnişin daşıyan avtobus aşıb.
Dəhşətli qəza hadisəsi rayonun Bəliton kəndində qeydə alınıb.
İlkin məlumata görə, avtobusun sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi aşıb. Sürücü hadisə yerində həyatını itirib. 10 nəfər isə xəsarət alıb.
Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Lənkəranda baş vermiş ağır yol qəzası nəticəsində ölən və xəsarət alanların adları məlum olub.
APA-nın cənub bürosunun məlumatına görə, sürücü - 1957-ci il təvəllüdlü Ələmdar Şahvəli oğlu Ağayev hadisə yerində dünyasını dəyişib.
Qəza nəticəsində daha 22 nəfər - 1949-cu il təvəllüdlü Rəfiqə Ağayeva Miri qızı, 1957-ci il təvəllüdlü Rəisə Sadıqova Canəli qızı, 1957-ci il təvəllüdlü Mirələm Quliyev Baloğlan oğlu, 1964-cü il təvəllüdlü Aytəkin Qasımova İsaq qızı, 1966-cı il təvəllüdlü Adilə Rəhimova Məmmədağa qızı, 1972-ci il təvəllüdlü Südabə Muradova Muxtar qızı, 1972-ci il təvəllüdlü Şölə İbrahimova Filağa qızı, 1974-cü il təvəllüdlü Məryəm Ağayeva Məzahir qızı, 1977-ci il təvəllüdlü Pərvanə Seyfullayeva Vahab qızı, 1978-ci il təvəllüdlü Sevinc Ağayeva Vəliağa qızı, 1981-ci il təvəllüdlü Sevda Yusubova Şirəli qızı, 1982-ci il təvəllüdlü Hafiz Ağayev Allahverdi oğlu, 1983-cü il təvəllüdlü Kifayət Muradova Xeyrulla qızı,
1984-cü il təvəllüdlü Göyçək Əliyeva Mehrəli qızı, 1990-cı il təvəllüdlü Şəfəq Zamanova Cəsail qızı, 1997-ci il təvəllüdlü Milana Cəfərli Qılman qızı, 2001-ci il təvəllüdlü Səbinə Hüseynova Rizvan qızı, 2001-ci il təvəllüdlü Sevgiyyə Ağayeva Əzim qızı, 2004-cü il təvəllüdlü Ülviyyə Ağayeva Əzim qızı, 2006-cı il təvəllüdlü Aycan Yusubova Məhərrəm qızı, 2008-ci il təvəllüdlü Rahim İbrahimov Şamməd oğlu və 2013-cü il təvəllüdlü Yusif Novruzov Zamin oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi barədə Səhiyyə Nazirliyi də məlumat yayıb. Məlumatda bildirilir ki, qəza nəticəsində sürücü yerindəcə dünyasını dəyişib. 24 nəfər müxtəlif xəsarətlərlə Lənkəran MRX-ya çatdırılıb. Onlardan 23-ü Travmatologiya şöbəsinə, bir nəfər qadın isə ağır vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilib.
Paylaş: