Xəbər lenti
27-11-2024, 19:25

 

“Biz Suriyadakı nailiyyətlərimizi Azərbaycanda da təkrarlaya bilərik. Amma Azərbaycan ordusu buna imkan vermir”.

Ovqat.com xəbər verir ki, bunu İran parlamentinin üzvü Mənsur Həqiqətpur ölkəsinin qafqaz.ir saytına video-açıqlamasında deyib.

I Qarabağ savaşı zamanı İranın Azərbaycandakı səfirliyinin hərbi attaşesi olan Həqiqətpur həmin dövrdə aparılan döyüşlər barədə də danışıb.

Onun sözlərinə görə, Azərbaycan xalqı Qarabağda yaxşı döyüşə bilmədiyi üçün İran səfirliyi bizə kömək etmək qərarına gəlib. Hərbi attaşe kimi o, İrandan əfqan qaçqınlarını yığıb Azərbaycana gətirib: “Mən o zaman 2000 əfqan könüllüsünü təşkilatlandırdım və Azərbaycana apardım. Döyüş əməliyyatlarında onlara komandirlik etdim. Cəbhə xəttinin bir hissəsini əfqanlara tapşırmışdılar. Və o heyvan uşaqları orda yaxşı çarpışırdılar. Biz də onlara dəstək olurduq”.

Mənsur Həqiqətpurun birdən-birə keçmiş xatirələrini yada salması təsadüfi görünmür. Son zamanlar İranla Azərbaycan arasında ziddiyyətlər artır, bizim bəzi media qurumlarımız və siyasi xadimlərimiz İranı Ermənistanı dəstəkləməkdə günahlandırırlar. Hətta rəsmi Tehranı ərazi bütünlüyümüzə sayğı göstərməmək də ittiham edənlər də var. Bunun səbəbi isə məhərrəm ayında Tehranda Erməni olimpiadasının keçirilməsi, dərhal sonra isə İran prezidentinin Ermənistana səfəri və erməni rəsmiləriylə səmimi görüşləridir. Görünür, bu məqam İran əhalisində də ciddi narazılıqlar yaratdığından, rəsmi Tehran Həqiqətpuru media orqanlarına çıxarıb bəzi həqiqətləri ictimailəşdirmək qərarına gəliblər.

 

Mənsur Həqiqətpurun özəlliklə Azərbaycanda (VPN proqramı olmadan) açılmayan Qafqaz.ir saytı vasitəsilə öz “həqiqətlərini” dilə gətirməsi də təbliğatın daxili auditoriya üçün nəzərdə tutulduğundan xəbər verir. Biz də barəmizdə nə danışıldığından Azərbaycan ictimaiyyətini xəbərdar etmək üçün həmin 1 dəqiqəlik açıqlamanı təqdim etmək qərarına gəldik.

http://qafqaz.ir/az/qarabag-muharib%c9%99si-bar%c9%99d%c9%99-deyilm%c9%99y%c9%99nl%c9%99r-hagigatpour-sirl%c9%99ri-acir/

 

Xatırladaq ki, Həqiqətpurun ideoloji silah kimi önə çıxarılması ilk hadisə deyil. Bundan 6 il əvvəl, 2013-cü ilin yaz aylarında yenidən peyda olmuş və Azərbaycanın əleyhinə bəzi fikirlər səsləndirmişdi. Həmin vaxt onun qabağına millət vəkili Siyavuş Novruzov çıxmış və opponentinə bəzi həqiqətləri “başa salmışdı”. İranlı həmkarının Azərbaycandakı dini vəziyyətə dair tənqidi fikirlərini, Bakını əxlaqsızlıqda suçlamasını cəfəng iddialar adlandıran Siyavuş Novruzovun fikrincə, ölkəmiz hər zaman islam ənənələrinə sadiq qalıb və qalmaqdadır: “İslamın tarixi günləri Azərbaycanda həmişə yüksək səviyyədə qeyd olunub. Həqiqətpur Qurani-Kərimi yaxşı oxuya bilirsə, görsün ki, orada bütün dinlərə hörmətlə yanaşmağın vacibliyi göstərilir. Azərbaycanda da bütün dinlərə hörmətlə yanaşılır. O cümlədən insanların əqidəsinə, onların düşüncəsinə hörmət bəsləyirik. Burada insan amili birinci növbədə durur. Bu da bilavasitə şəriətin, Qurani Kərimin öndə gətirdiyi məsələdir”.

 

S.Novruzovun sözlərinə görə, Azərbaycandakı seksual azlıqlar məsələsinə toxunan Mənsur Həqiqtpur yaxşı olar ki, öz ölkəsinin keçmişini yadına salsın:

"Həqiqətpur Azərbaycanda seksual azlıqlar məsələsinə münasibət bildirib. Xatırladım ki, cənab Həqiqətpur 1979-cu ilə qədər İran Respublikasında əxlaqsızlıq yuvalarının sayı məktəblərin və mədrəsələrin sayından çox idi. Həqiqətpur həmin dövrü yaxşı xatırlayar. O zaman Tehranda və digər şəhərlərdə hər 10 metrdən bir əxlaqsızlıq yuvası açılırdı. Azərbaycanda istər Sovet dövründə, istər indiki dövrdə belə hal yoxdur. Biz hər bir insanın azad şəkildə davranmasının tərəfdarıyıq. Amma bu gün çadra geyinib əxlaqsızlıqla məşğul olmaqdansa, çadra geyinməyib azad, əxlaqlı yaşamaq daha məqsədəuyğundur”.

 

M.Həqiqətpurun S.Novruzova cavabı isə özünü çox gözlətməmişdi. Opponentini Novruz günlərindən birində  Araz kənarına debata çağıran Həqiqətpur ona bəzi “qardaş” məsləhətləri verməyi də yaddan çıxarmamışdı.

“Araz çayının kənarında görüş təyin etmişik; razılaşmışıq ki, qardaşyana elmi söhbətlər edək. Həmin gün təzə paltar geyinməyi unutma. Yəqin ki, Novruzun adət-ənənələrini bilirsən.

Ümidvaram, mənimlə debata girdiyinizə peşman olmamısınız. Hər halda, məntiqli bir debat qaydalarına görə, ya iddialarınızı sübuta yetirməli, ya da razılaşdığınızı bildirməlisiniz. Tövsiyə edirəm ki, aşkar xüsusiyyətiniz kimi görünən əsəbilikdən çəkinəsiniz. Çünki əsəbiləşərək Badkubənin möhtərəm parlament üzvünə yaraşmayan sözlər yazmanız mümkündür”.

Bu deyişmənin üzərindən 3 il keçəndən sonra Həqiqətpur Heydər Əliyevin iştirakı ilə ordumuza necə təlim keçdiyinin videosunu yaymışdı.

Bu video paylaşımının üzərindən də 3 il keçir. İndi də Həqiqətpur növbəti videosunu paylaşır. Son videoda hər hansı keçmiş kadrlar deyil, millət vəkilinin hazırda səsləndirdiyi iddialar yer alır. 2013-cü ildən bu yana təkrarlanan periodlar  Həqiqətpurun hər 3 ildən bir tutmasının tutduğunu göstərir. Bu gedişlə onun 4-cü videopaylaşımı yəqin ki, 2022-ci ilə təsadüf edəcək.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 994          Tarix: 7-10-2019, 23:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma