Xəbər lenti

 

Toy mərasimində bəyə "Hərbi xidmətdə fərqlənməyə görə” medalı təqdim edilib. 
Ovqat.com Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə dünən Ağstafa rayonunun Qırılı kəndində baş verib.  
Aprel döyüşlərinin iştirakçısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Abuzər Bəhrəmovun toyunda yaddaqalan hadisə bəyə üçüncü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə” medalının verilməsi olub. 
Medal Nazirlik nümayəndələri tərəfindən A. Bəhrəmova təqdim olunub.






Ana səhifəyə qayıt        Baxış: 350          Tarix: 28-10-2019, 21:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma