Xəbər lenti

 

Suriyanın şimalındakı Rəsuləyn qəsəbəsi yaxınlığında Suriya Silahlı Qüvvələri ilə Türk əsgərləri arasında ağır döyüşlər gedir.

Ovqat.com xəbər verir ki, məlumatı Suriyanın rəsmi xəbər agentliyi SANA yayıb.

 Məlumata görə, əl-Hava adlı məntəqədə düşərgə salmış Türkiyə tərəfindən dəstəklənən müxalif qruplar tərəfindən Rəsuləyndəki Tel-əl-Vard kəndindəki yaşayış yerləri minaatanlardan və ağır toplardan atəşə tutulub. Xəbərdə döyüşün başqa detallarına toxunulmur.

Qeyd edək ki, Fransanın AFP agentliyi də dünən iki tərəf arasında qarşıdurmaların yaşandığını bildirmişdi.

Rəsmən təsdiqlənməmiş məlumatlara görə, hər iki tərəfdən də itkilər var.




Ana səhifəyə qayıt        Baxış: 2 953          Tarix: 30-10-2019, 19:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma