“Ayətullah Mayk” ləqəbiylə tanınan, əl-Qaidə lideri Usamə bin Ladenin öldürülməsi də daxil olmaqla, MKİ-nin (CİA) bir çox gizli əməliyyatlarına rəhbərlik edən Michael D'Andrea, CIA-nin İran şöbəsinin rəhbəri təyin olunub.
Ovqat.com xəbər verir ki, məlumatı “New York Times” yayıb.
Matthew Rosenberg və Adam Goldman imzasıyla dərc olunan məqaləyə görə, sərt mübarizə tərəfdarı və aqressiv şəxsiyyətilə seçilən "Ayətullah Mayk”ın yeni vəzifəyə təyin olunması Trump rəhbərliyinin İran siyasətini daha da sərtləşdirəcəyindən xəbər verir.
D'Andrea əl-Qaidənin zəiflədilməsinin pərdə arxasında dayanan bir nömrəli şəxs kimi tanınır və Yaxın Şərqdə çoxsaylı uğurlu əməliyyatlara qatılıb.
D'Andreayla əlaqədar geniş məlumatlara yer verilən məqalədə ən çox maraq doğuran iddia isə onun müsəlman olmasıyla bağlıdır. Bildirilir ki, müsəlman bir qadınla evləndikdən sonra İslam dinini qəbul edən D'Andreanın dini mənsubiyyəti yeni vəzifəsinə mane deyil. Çünki onun yeni missiyası siyasətlə yox, əməliyyat hərəkətilə bağlıdır.
Paylaş: