Prezident köməkçisi Əli Həsənovun işdən uzaqlaşdırılması günün ən aktual məsələsinə çevrilib. Xüsusilə “köhnə dostları” Əli Həsənov barədə ürək sözlərini səsləndirirlər. Onun işdən qovulmasına sevinənlər kimi, üzülənlər də var. Dediyinə görə, onlardan biri də hüquqşünas Aslan İsmayılovdur.
Hüquqşünasın günün nəbzini tutan ürək sözlərini Ovqat.com oxucularının diqqətinə sunuruq:
“Bu gün çoxlarının təxmin etdiyi kimi sevincli yox, çox üzgünəm. Ona görə ki, mən heç vaxt kimlərinsə bədbəxtçiliyinə sevinməmişəm və sevinənləri də qəbul etməmişəm. Bu gün 25 illik vəzifəsindən azad olunan Əli Həsənov mənim rəhmətə getmiş valideynlərimi, ailəmi üzvlərimi söydürdüyü dövrdə onun həyat yoldaşı ilə bağlı cinayət işi barədə məlumatlı idim, bu barədə yanıma onlarla adam gəlsə də mən ondan istifadə etmədim. Bu gün də haqqımda olan təhqirlər, böhtanlar sağlamlığımı çökdürsə də yenə o fikirdəyəm ki, düz etmişəm, mübarizəni də KİŞİ kimi aparmaq lazımdır!
Üzgünəm ona görə ki, bu gün yüzlərlə insan mənə zəng edib göz aydınlığı verdi. Ancaq 2 ildir minlərlə mənim düz olduğumu bilə-bilə susanlar oldu. Müdafiə etmək əzvəzinə, “Aslan İsmayılov şəxsi davasını aparır” deyə ittiham da etdilər.
Ən çox üzüldüyüm isə ona görədir ki, ziyalı saydığım, mənə hər dəfə hörmətlərini bildirən, hər addımda haqlarında haqsızlıq olanda müdafiələrinə qalxdığım ziyalılar mənə hücumlar olanda susdular. Özü də məhz o ziyalılar elə mənim yanımda dəfələrlə Əli Həsənovun Azərbaycan xalqının mədəniyyətinə, mənəviyyatına, əxlaqına vurduğu ziyanlardan məndən də ucadan danışırdılar, məndən də çox bilirdilər.
Əli Həsənovun göstərişi ilə haqqımda olan təhqir və böhtanlarla bağlı onlarla məhkəmə işlərinin icraatına xitam verilməsini xahiş edəcəm. Yeganə istəyim, gələcəkdə hamının etdiklərindən sonrasını anlamasıdır. Heç kim əbədi deyil. Əbədi olan bu dünyadan gedəndən sonra qoyduğun addır!
Yadda saxlayın, həyat çox ədalətlidir!
Paylaş: