Xəbər lenti

 

Azərbaycan Demokrat Partiyası “Hürriyyet.org” saytında partiya sədrinin adından naməlum şəxslər tərəfindən müsahibə yerləşdirilməsi ilə bağlı bəyanat qəbul edib.

Bəyanatda deyilir:

07.01.2020-ci il tarixdə ADP-yə yaxın “Hürriyyet.org” saytına haker hücumu edilib və saytda ADP sədri, 15 saylı Yasamal birinci seçki dairəsindən 09 fevral 2020-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərində namizədliyi irəli sürülmüş S.Cəlaloğlunun adından heç bir əsası olmayan və onun işgüzar nüfuzuna, prinsipial mövqeyinə kölgə salmaq məqsədi ilə  naməlum şəxslər tərəfindən qara piar təyinatlı müsahibə yerləşdirilib. Bununla bağlı “Hürriyyet.org” rəhbərliyi Dövlət Təhlükəsizlik Komitəsinə və Respublika Prokurorluğuna bu cinayət əməlinin araşdırılması ilə bağlı müraciət edib.

ADP bəyan edir ki, “Hürriyyet.org”da yayılan bu məlumatın heç bir əsası yoxdur və Rusiyapərəst qüvvlərin S.Cəlaloğlunun parlament seçkilərində gözlənilən qələbəsinə mane olmaq məqsədi daşıyır. ADP müstəqil saytları “Hürriyyet.org” saytında partia sədrinin adından verilən müsahibəni tirajlamamağa çağırır və belə addım atan mətbuat vasitələrinə qarşı yalan məlumatı yaydıqlarına görə məhkəmə iddiaları qaldırılacağını bəyan edir.

ADP rəsmi dövlət orqanlarından seçki prosesinə qeyri-qanuni müdaxilə və təxribat xarakterli bu faktın ətrafında obyektiv araşdırma aparılmasına və günahkarların dairəsini müəyyənləşdirib cəzalandırılmasına çağırır.

Hurriyyet.org




Ana səhifəyə qayıt        Baxış: 752          Tarix: 7-01-2020, 15:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma