Xəbər lenti

  

Dünən axşam tam döyüş hazırlığı vəziyyətinə gətirilən İran ordusunun bu qərarının əsl səbəbi səhər tezdən gün işığına çıxdı.

Ovqat.com-un məlumatına görə, İraqın Ərbil və Anbar şəhərlərinin yaxınlığındakı iki ABŞ hərbi bazasına raket hücumları olub.

Hücumları SEPAH-a bağlı qüvvələrin həyata keçirdiyi iddia olunur.

Ölü və yaralı sayı barədə hələ ki müfəssəl məlumatın verilmədiyi hücumlar zamanı çox sayda raketin hədəfə vurduğu xəbər verilir.

ABŞ mərkəzli əl-Hürrə telekanalı Anbar vilayətindəki Eyn əl-Əsəd bazasının vurulma anına aid fotoları yayımlayıb.

 

Qeyd edək ki, Anbar İraq şiələrinin, Ərbil isə kürdlərin yaşadığı bölgədir. ABŞ əsgərləri bu vilayətlərdəki hərbi bazalara yerləşdirilməklə özlərinin təhlükəsizliyini təmin edəcəklərini düşünürdülər. SEPAH bu bölgədəki hərbi bazaları vurmaqla İraqın heç bir yerinin ABŞ üçün təhlükəsiz olmadığı sübut etmiş oldu.

 

Maraqlıdır ki, vurulan Eyn əl-Əsəd hərbi bazası ABŞ-ın İraqda ən güvənli sığınacağı sayılırdı. Hətta 2018-ci il dekabrın sonlarında ABŞ prezidenti bu hərbi bazaya gözlənilməz səfərilə İraqa nə qədər hakim olduqlarını nümayiş etdirmişdi. Dünənki hücumlar isə Trampın bu göstərisinin və təsəvvürlərinin nə qədər yanlış olduğunu ortaya qoydu.

ABŞ da əslində bu həqiqəti anlamış kimi görünürdü. Dünən Pentaqondan İraq Baş nazirinə göndərilən məktubda ABŞ ordusunun tezliklə bu ölkəni tərk edəcəyi yazılmışdı.

Videolar

 

Şəkillər

 




Ana səhifəyə qayıt        Baxış: 3 317          Tarix: 8-01-2020, 09:02      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent