Ovqat.com Report-a istinadən xəbər verir ki, məqsəd Kərkük vilayətinin Havicə rayonunu İŞİD terror qruplaşmasından təmizləmək üçün əməliyyatlara başlayan İraq ordusuna və peşmərgələrə dəstəkdir.
Hərbi baza Ərbil şəhərindən 40 kilometr məsafədə yerləşir. Artıq Kayyara hərbi bazasındakı hərbi avadanlıqların əksəriyyətini Mahmura köçürüb. Bazada xeyli sayda ağır zirehli texnika, top, pilotsuz təyyarələr var.
Qedy edək ki, ABŞ 2016-cı ilin martında Mosulun İŞİD terror qruplaşmasından təmizlənməsi əməliyyatı zamanı da Kayyara hərbi bazasını qurub.