Xəbər lenti

  

Bələdiyyə seçkiləri bitsə də, onun ətrafında yaranan narazılıqlar səngimək bilmir.

Seçkilərin nəticələrinə kəskin etiraz edənlər arasında şəmkirlilkər də var.

Ovqat.com xəbər verir ki, 98 saylı Şəmkir şəhər seçki dairəsindən seçkilərə qatılan namizədlərdən 14-ü və 20 müşahidəçi dünən toplantı keçirib. Toplnatıda qarşılaşdıqları seçki saxtakarlıqlarından danışan etirazçılar dəfələrlə MSK-ya müraciət etsələr də, şikayətlərinə baxılmadığından gileylənirlər.

 

Bələdiyyə üzvlüyünə namizədlərdən biri İbrahimovun sözlərinə görə, MSK-ya şəxsən özü 9-dan artıq məktub göndərib. MSK-dan isə ona Dairə seçki komissiyasına müraciət etmək məsləhət görülüb. Halbuki, onun və digər namizədlərin əsas şikayəti də elə DSK-dandır.

Dolayısıyla hazırda məşhur Azərbaycan mahnısında deyildiyi kimi,  “səndən sənə şikayətim” var dilemması qarşısında qalan şikayətçilər kimə şikayət edəcəyini bilmir. Onun yeganə ümid yeri Azərbaycan Prezidenti İlham Əliyevdir.

 

Toplantı iştirakçıları yekdil qərarla ölkə başçısına ünvanladıqları məktubda 98 saylı Şəmkir şəhər dairəsindən bələdiyyə seçkilərinin ləğvini, təkrar seçkilərin keçirilməsini və saxtakarlığa yol verən seçki dairəsinin üzvlərinin cəzalandırılmasını xahiş ediblər.

  

Şikayətçilərin dünən keçirdikləri toplantıdan çəkdiyimiz video-reportajımızı təqdim edirik:

 




Ana səhifəyə qayıt        Baxış: 2 204          Tarix: 8-01-2020, 15:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma