Xəbər lenti

 

"Son zamanlarda o qədər də böyük olmayan İranın qondarma “ali lideri” ABŞ və Avropa haqqında pis sözlər söyləyir. İqtisadiyyatları çökür və insanlar əziyyət çəkirlər. O, öz sözlərinə diqqət yetirməlidir!

Ovqat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp özünün məşhur Twitter səhifəsində İranın dini lideri ayətullah Əli Xamanei barədə belə yazıb.

 

Trampın bu sözləri Xamaneinin cümə xütbəsinə cavabı kimi xarakterizə edilir. Xatırladaq ki, dini lider ötən cümə namazından sonra səsləndirdiyi xütbəsində Trampı “təlxək” adlandırmış və Avropa ölkələrini onun təsiri altında qalmaqda günahlandırmışdı. Xamanei həmçinin bildirmişdi ki, Qasim Süleymaninin öldürülməsindən sonra İranın İraqdakı ABŞ hərbi bazalarına raket hücumu qlobal hərbi güclərin süfətinə vurulmuş şapalaqdır.

 

Xamaneinin son 8 ildə ilk dəfə qıldırdığı cümə namazına bir milyona yaxın insan qatılmışdı.

 




Ana səhifəyə qayıt        Baxış: 851          Tarix: 19-01-2020, 08:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma