Hazırda ABŞ-da prezident Donald Trampın impiçmenti gündəmdədir. Tramp isə bütün ittihamları qəti surətdə rədd edir. ABŞ-da seçkilərə isə az vaxt qalıb; noyabr ayında keçiriləcək. Elədirsə, Trampın indidən impiçment edilməsinə nə ehtiyac var?
Qabil Hüseynli: "Senat Trampın impicmentini rədd edə bilər"
Ovqat. com-un sualını cavablandıran keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli deyib ki, Senatda Respublikasıçılar Partiyasının üzvləri çoxluq təşkil edir: "Yəni senat bu məsələni rədd edə və bununla impicment məsələsi qurtara bilər. O cür olacağı ehtimalı böyükdür. Çünki Senatda Trampın tərəfdarları üstünlük təşkil edir".
İndiki zamanda Trampın impicmentinin arzu edilən olmadığını qeyd edən Q.Hüseynli bildirib ki, pis-yaxşı dünya siyasətinə, dünya nizamına təsir edən bir nömrəli dövlət Amerika Birləşmiş ştatlarıdır: "Əgər Tramp impicment edilərsə və hakimiyyətdən uzaqlaşdırılarsa, düzdür, onun yerinə vitse-prezident keçəcək, amma hər halda, Amerika bir hakimiyyət boşluğunu yaşayacaq. Bu hakimiyyət boşluğu isə təkcə Amerikanın özünə deyil, bütün dünyadakı proseslərə mənfi təsir göstərəcək. Əlbəttə, Trampın uzaqlaşdırılmasının səbirsizliklə gözləyənlər ola bilər, amma bu uzaqlaşdırmanın dünyadakı siyasi münasibətlərə neqativ təsir göstərəcəyini də nəzərdə qaçırmamaq lazımdır".
Elxan Şahinoğlu: "Senat impicmenti qəbul etməyəcək"
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə isə, Nümayəndələr Palatasındakı Demokratlar da bilirlər ki, impicment keçməyəcək: "Çünki Senatda Respublikaçılar çoxluqdur. Onlar isə öz partiyadaşlarının əleyhinə qərar verməyəcəklər. Bu, birmənalıdır. Bəs, onda həqiqətən bu prosesduru niyə davam etdirməyə qərar verirlər? Mənə elə gəlir ki, əsas məqsədləri bu ilin noyabr ayına qədər prezidentin mövqelərini zəiflətməkdir. Çünki noyabrda Amerikada prezident seçkisi keçiriləcək. Amma hələ ki, tam əksi baş verir, Trampın reytinqi qalxır, ölkədaxili iqtisadi problemləri həll edir, işsizlik azalıb. Üstəlik, Çinlə son razılaşma da onun uğuru sayıla bilər. Əvvəlcə Çinlə ticarət müharibəsi oldu, Tramp şərtlərini diktə etdi və bu şərtləri sonda Çin qəbul etmək məcburiyyətində qaldı. Artıq Çin hər il Amerikdan 200 milyard dollar həcmində məhsul alacaq. Bu da Trampın uğuru sayıla bilər. Xüsusilə Tramp məşhur iranlı generalı ödürtdürdü, İran tərəfinin cavab aksiyası zəif oldu. Bu da Trampın reytinqinə müsbət təsir edir. Ona görə düşünmürəm ki, Nümayəndələr Palatasındakı Demokratlar öz hədəflərinə çata və noyabr ayına qədər bu cür üsullarla prezident Trampın mövqeyini zəiflədə bilərlər".
"İmpicment qərarı Senatdan keçərsə, bunun dünya siyasətinə nə kimi təsirləri ola bilər" sualına Şahinoğlunun cavabı konkret oldu: "Keçməyəcək. Yenə təkrar edirəm, Senatda Respublikaçılar çoxluqur. Birmənalı onlar səs verməyəcəklər. Öz partiyadaşlarına qarşı belə bir səsvermədə iştirak edərləsə, onda prezidentlərini pis vəziyyətdə qoyarlar, Demokratların rəqibləri ön plana çıxar. Yəni bu, alınmayacaq.
Belə hallar Amerika tarixində olub. Məsələn, 90-cı illərdə Bill Klintana qarşı da impiçment proseduru başlamışdı, amma sonra yarımçıq qaldı. Özü də onda vəziyyət indkindən daha mürəkkəb idi. Çünki o, komissiyaya yalan danışmışdı. Trampın məsələsində isə ortaya qoyulan faktlar çox da sübut olunmur".
Şamo EMİN,
Ovqat.com
Paylaş: