Xəbər lenti

 

 

Bir müddət əvvəl İranın Ukrayna təyyarəsini 1 deyil, 2 raketlə vurduğunu və raketlərin bir-birindən 30 saniyə aralıqla atıldığını bildirmişdik.

Kanadanın kəşfiyyat orqanlarının yaydığı video-görüntülərə əsaslanaraq Ovqat.com-a açıqlama verən ekspertlər bu faktların “səhvən” vurulma iddiasına şübhə saldığını irəli sürmüşdülər. Onların mülahizələrinə görə, raketin atıldığı ərazidən cəmi 13 km aralıdan uçan obyektin 30 saniyəyə qədər hədəfinə dəyməməsi onun raket deyil, təyyarə sürətilə uçduğunun göstərirdi və hərbçilərin bunu bilməməsi imkan xaricində idi.

İranın növbəti yalanı üzə çıxdı: Təyyarənin səhvən deyil, qəsdən vurulduğu təsdiqlənir

Maraqlıdır ki, Kanada kəşfiyyat orqanlarının ortaya qoyduqları video-görüntülərdən sonra İran rəsmiləri bu həqiqətin etiraf etmək məcburiyyətində qalıblar. İranın Mülki Aviasiya Təşkilatının dünən yaydığı rəsmi hesabatda Ukraynaya məxsus ”Boeing” təyyarəsinin ZRK "Tor-M1" kiçik hərəkət radiuslu "yer-hava" tipli iki raket tərəfindən vurulduğu qeyd olunur.

Hesabatda vurğulanır ki, “Boeing 737-800”-ə şimaldan iki “Tor-M1” “yer-hava” tipli raket atılıb. Raketlərin dəyməsindən sonra təyyarə yaşayış sahəsindən yuxarıda sürətlə hündürlüyü itirməyə başlayıb, sonra “əyləncə parkındakı maneə" ilə toqquşub və yerə düşüb. Təyyarə sonra futbol meydançasına keçib, tamamilə dağılıb və alova bürünüb.

Sənədə əsasən təyyarə Tehrandan yerli vaxtla saat 6:12-də uçub, havalanandan cəmi 3 dəqiqə sonra isə radarlardan itib. Həmin vaxt təyyarənin 8,1 min fut (2,4 min kilometr) hündürlükdə olduğu qeyd olunur. Qısa müddətdən sonra yenidən radara yaxalan təyyarə 3 dəqiqədən sonra yerli vaxtla saat 6:18-də yenidən gözdən itib.

Mehrabad aeroportunun ilkin müşahidə radarlarının məlumatına görə, saat 6:15 təyyarə hərəkət istiqamətindən kənara çıxıb və sağa dönməyə başlayıb və "ehtimal ki," üç dəqiqə boyunca aeroporta qayıtmaq istəyibmiş. Amma atılan ikinci raket onun bu son arzusunu da gözündə qoyub.




Ana səhifəyə qayıt        Baxış: 1 843          Tarix: 21-01-2020, 08:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma