Xəbər lenti

 

İranda yenə təyyarə qəzası baş verib.

Ovqat.com İRNA-ya istinadən xəbər verir ki, qəza Kirman şəhər aeroportunda olub.

Təyyarə Kirman-Tehran reysi ilə uçmağa hazırlaşırmış.

Bildirildiyinə görə, təyyarə havaya qalxarkən uçuş zolağından çıxıb.

Qəzanın texniki səbəbdən baş verdiyi bildirilir.

 

Qeyd edək ki, ABŞ-ın ağır sanksiyalarına məruz qalan İran təyyarə üçün yedək hissələri də ala bilmir. Bu səbəbdən də hava yolu şirkətləri köhnə təyyarələrlə uçmağa məhkumdurlar. Qəzaların 80%-i məhz bu səbəbdən baş verir.

 

İran hava yolları şirkəti ola İRANAİR Azərbaycana da uçuşlar reallaşdırır. Hər həftə xeyli vətəndaşlarımız bu hava şirkətinə aid təyyarələrlə İrana səfərə gedirlər. Azərbaycan rəsmiləri vətəndaşlarımızın təhlükəsizliyi üçün bu təyyarələrin nə qədər saz vəziyyətdə olduğunu araşdırmalıdırlar.

Baş vermiş qəza ilə əlaqədar İrana məxsus sosial şəbəkələrdə paylaşılan foto və videoları paylaşırıq.




Ana səhifəyə qayıt        Baxış: 1 062          Tarix: 1-02-2020, 14:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma