9 Fevral seçkiləri təkcə bizdə deyil, qonşu dövlətlərdə də müzakirə mövzusuna çevrilib. Xüsusilə Rusiyada. “Komsomolskaya pravda” qəzetinin jurnalisti Vladimir Demçenko hətta bizə qitbə də edirmiş. Sabiq “Qaçqınkom” Əli Həsənovun təbirilə desək, adam lap “paxıllığımızı” çəkirmiş. Jurnalistin qələmə aldığı “Azərbaycan öz parlamentini necə cavanlaşdırdı?” sərlövhəli yazısını Ovqat.com oxucularına təqdim edirik:
İlyarımdan sonra Rusiyada Dövlət Dumasına seçki keçiriləcək. Bəzi konspiroloqlar indidən görücülük edərək, seçkinin daha tez keçiriləbiləcəyini söyləyir. Hərçənd, onlar elə buna görə konspiroloqdurlar.
Amma gec-tez bizdə də qaynar siyasi mövsüm qaçılmazdır. Həmişəki kimi, “karusel” ittihamları, namizədlərdən minlərlə imza tələbi, inadcıl gənclərin hakimiyyətə buraxılmaması ilə bağlı şikayətlər…
- Bəs qonşularımızda necədir? Doğrudanmı, onlarda da eyni şey baş verir? – deyə düşündüm və üz tutdum… Azərbaycana. Bəli, bəli. Şərq çalarları olan Avropa respublikasına – xurma və şaurma ölkəsinə. Bura da Rusiya kim Avropadır, lakin “bir çimdik” Bizans irsi də var.
Azərbaycanda növbədənkənar parlament seçkisi keçirilib. Üstəlik, hakim partiyanın təşəbbüsü ilə.
- Maraqlıdır, çox maraqlıdır, - deyə-deyə əlimi əlmə sürtürdüm ki, birdən Bakıdakı seçki məntəqələrinin birindən hamının əlinə mürəkkəb vurulduğunu gördüm. “Karusellər?”. Axı bu, bizim mlli liberal əyləncəmizdir – insanları avtobusa yığaraq, səs vermələri üçün məntəqədən-məntəqəyə daşımaq. Azərbaycanda isə bunun öhdəsindən Şərqsayağı sadə üsulla gəliblər. Burada səs vermiş insanların barmağına mürəkkəb vururlar. Bu mürəkkəb düz iki gün silinmir və hər məntəqədə vətəndaş səs verməzdən əvvəl barmağını nəzarətçiyə göstərməlidir. Təmizdirsə, buyur, səs ver. Mürəkkəb varsa, “Davay do svidaniya!”. Demək, ikinci dəfə gəlmisən?!
Niyə biz də Rusiyada eynisini etməyək? Sadə və ciddi.
Bəs qeydiyyat? Ötən il bizdə gənclər bulvarlarda hay-küy salmışdı ki, “bizim namizədliyimizi qeydə almırlar! 5 min imza tələb edirlər! Hətta topladığımız imzaları belə, saymırlar. Özbaşınalıqdır!!.
Azərbaycanın Mərkəzi Seçki Komissiyası isə hər kəsə “yaşıl işıq” yandırıb – qeydiyyata alınmaq üçün cəmi 450 imza kifayətdir. Bunu isə elə qohum-əqrəbadan da toplamaq olar.
Nəticədə, Milli Məclisdəki 125 yer uğrunda 1317 namizəd mübarizə aparıb. Onların da yarıdan çoxu bitərəf. Yeri gəlmişkən, hakim partiya seçkiyə cəmi 123 namizədlə qatılmışdı.
Azərbaycanda eyni asanlıqla qanunsuz təşviqat söhbətlərini də yığışdırıblar. Bilirsiniz necə? Sadəcə, göz yummaqla. Xüsusən internetdə özün barədə nə istəsən, nə qədər istəsən yaz.
Məntəqələrə müşahidəçi yerləşdirmək istəyirsiniz? Buyurun! İstəyirsə lap səs sayanları durbinlə izləsin, istəyir videoya çəksin. Elə səslər də onların diqqətli nəzərləri altında sayılırdı.
- Yəqin ki, bundan sonra hakim partiyanın işi çətin olar, - deyə düşünürdüm. Lakin yanılmışdım. 125 yerin 69-nu, yəni yarıdan çoxunu prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası götürüb. Halbuki, bu partiyanın namizədlərinin üçdə ikisi siyasətdə yeni idilər, beşinin yaşı isə 30-dan da azdır.
Nə isə. İndi məni düşündürən odur ki, siyasi sistemin qaykalarını sıxmağa dəyərmi? Hər halda, qonşumuz bundan yayınmağa cəhd etdi və bu, onlarda alındı.
9 fevral 2020-ci il tarixdə Azərbaycandakı Parlament seçkilərinin nəticəsinə Milli Məclisin tərkibinə 10 siyasi partiya və bitərəflərin (42) nümayəndələri təmsil olunacaqlar. Yeni Azərbaycan Partiyası (YAP) 72 mandat almaqla parlamentdəki çoxluğu təmin etmşdir. Seçkilərin nəticələrinə görə faktiki olaraq Vətəndaş Həmrəyliyi Partiyası (VHP) 3 mandatla əsas/ana müxalifət partiyası durumuna gəlmişdir. Hər zaman olduğu kimi bu seçkilərdə də Azərbaycandakı majoritar seçki sistemi bitərəflərin/müstəqillərin təmsilçiliyini yüksək olmasına səbəb oldu. Parlamentdə digər 8 siyasi partiya (DİP, BQP, BAXCP, AMDP, ReAL, VBP, AVP və Vəhdət) bir deputatla təmsil olunacaq.
Vladimir Demçenko
“Komsomolskaya pravda”,
Rusiya
11.02.2020
Paylaş: