"Əl-Cəzirə" telekanalı Misir Prezidenti Əbdülfəttah Sisinin Məhəmməd Mursi də daxil olmaqla həbsxanalardakı müxaliflərə qarşı zor tətbiq etdiyini bildirib.
"Əl-Cəzirə" televiziyası tərəfindən aparılan xüsusi araşdırmalar zamanı məlum olub ki, Məhəmməd Mursiyə qarşı edilən hərbi çevrilişdən sonra onların həbsxanada saxlama şəraiti çox ağır olub. Həkimlərin olmaması və həbsxanalardakı acınacaqlı vəziyyət onun ölümünə səbəb olub.
"Əl-Cəzirə"nin bu yaxınlarda yayımladığı sənədli verilişdə Əbdülfəttah Sisinin həbsxanada rəqiblərini öldürdüyü deyilir. Sənədli filmdə məhbusların qeyri-insani şərtlər altında saxlanılması göstərilib.
Əldə olunan telefon danışıqları və ya həbsxanadan çıxan videoçarxlar vasitəsilə həbsxana rəhbərliyinin onlara lazımi qayğı göstərmədikləri və hətta içməli su belə vermədikləri məlum olub.
Eastnews.org
Paylaş: