Misir ordusundakı məmurlar xalqı küçəyə çıxmağa və ölkə prezidenti Əbdülfəttah əs-Sisini devirməyə çağırıb.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Misir Silahlı Qüvvələrinin Baş Qərargahın keçmiş rəisi, general-leytenant Sami Hafiz Anan bildirib.
O, xalqı küçəyə çıxmağa çağıraraq etiraz aksiyası iştirakçılarını qoruyacağını öhdəsinə götürüb. Onun sözlərinə görə, Misir Zabitlər Cəbhəsi nümayişçilərin təhlükəsizliyini təmin edəcək.
Doktor Mahmud Refaat qurumun sözçüsü seçilib. O, xəbəri təsdiqləyərək cəbhəni “Misirin qürurlu hərbçiləri” adlandırıb.
Qeyd edək ki, Əbdülfəttah Səidhüseyn Xəlil əs-Sisi 2013-cü il iyulun 3-də seçilmiş prezident Məhəmməd Mursini hərbi yolla devirərək hakimiyyətə gəlib.
Sami Hafiz Anan 2005-2012-ci illərdə Misir Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub. 2012-ci il yanvarın 11-də prezidentliyə namizədliyini irəli sürüb.
Paylaş: