Xəbər lenti

  Misir prezidenti Əbdülfəttah əs-Sisi Türkiyənin ən çox satılan, oxunan və xarici dildə nəşr edilən qəzeti "Daily Sabah"ın ərəb, ingilis və almanca saytlarına çıxışına maneə törədib.
Sputnik Azərbaycan "sabah"a istinadla xəbər verir ki, Misir mətbuatının xəbərinə görə, Misirdə əngəllənmiş saytların sayı 54-ə çatıb. Bu saytlar arasında "Turk Press", "Arab Turkey", "Akhbar Turkiya" və "Akhbar Al-Alam" da var. Mərkəzi Qətərdə yerləşən "Əl-Cəzirə", ABŞ-ın "Huffington Post" saytı və "Al-Birja" da Sisi rejimi tərəfindən əngəllənib. Sisi rejiminin təhlükəsizlik qüvvələri bu saytların "Müsəlman Qardaşlar" ilə əlaqəli olduqlarına və ya Qətər tərəfindən maliyyələşdirildiklərinə görə əngəlləndiklərini söyləyiblər.





Ana səhifəyə qayıt        Baxış: 737          Tarix: 13-06-2017, 08:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma