Xəbər lenti

  

Artıq kimsənin xəyanətinə, satılmışlığına və ya özbaşınalığına dözmək fikrində deyilik. Rejimi fevral ayının sonuna qədər rejimi Soçi sammitində nəzərdə tutulan sərhədlərdən, yəni müşahidə nöqtələrimizdən kənara çlxarmaqda qərarlıyıq. Bunu havada etdik, quruda da edəcəyik. Bildirirəm ki, müşahidə nöqtələrimizə azacıq da olsa ziyan dəysə, heç bir sərhəd gözləmədən rejim qüvvələrini hər yerə vuracağıq”.

Ovqat.com xəbər verir ki, bu sərt açıqlamanı Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan verib.

Çıxışının davamında İdlibdəki mülki yaşayış məntəqələrinə zərbələr endirən təyyarələr əvvəlki kimi rahat hərəkət edə bilməyəcəyini bildirən Ərdoğan Suriya xalqının, xüsusilə İdlibdə yaşayanların mübarizəsini dəstəkləməyi Türkiyənin humanitar və tarixi məsuliyyəti adlandırıb: “Onların təhlükəsizliyi 83 milyonun hüzur və təhlükəsizliyidir. Biz ölkəmizin gələcəyini formalaşdırmaq üçün mübarizə apararkən, başqaları içəridə və dışarıda fitnə çıxarmağın peşindədir. Üstəlik, bunu eyni vaxtda və eyni dəlillərlə edirlər”.




Ana səhifəyə qayıt        Baxış: 611          Tarix: 12-02-2020, 13:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma