Xəbər lenti

 

125 nəfərlik Azərbaycan parlamentinə bu günlərdə keçirilmiş seçkidə müstəqil namizəd kimi iştirak etmiş Soltan Məmmədov “Euractiv” nəşrinə açıqlama verib.

Ovqat.com-un məlumatına görə, deputat ölkədə keçirilmiş son seçkinin azərbaycanlıları həyəcanlandırdığını söyləyib. Onun sözlərinə görə, azərbaycanlılar dəyişiklik arzulayır: “Məmmədov bizə müsahibə verən zaman artıq seçki məntəqələrində səsvermə prosesi yekunlaşmışdı.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı ilkin nəticələrə əsasən, Soltan Məmmədov namizədliyini irəli sürdüyü seçki dairəsində səslərin 47,2%-ni qazanaraq Milli Məclisin üzvü seçilib. Yeri gəlmişkən, bu seçki dairəsini son dövrədək Azərbaycanın birinci-vitse prezidenti, birinci xanım Mehriban Əliyeva təmsil edib. İndi, bu dairəni Soltan Məmmədov təmsil edəcək.

 

Həmsöhbətimizin sosial sahədə və səhiyyə sektorunda 20 ildən artıq təcrübəsi var. Üstəlik, bu, əsasən beynəlxalq təcrübədir. Məsələn, Soltan Məmmədov 2014-2015-ci illərdə QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun maliyyə komitəsinin sədri olub. Bundan əlavə, o, Fondun Şərqi Avropa və Mərkəzi Asiya üzrə idarə heyətinin üzvü kimi də çalışıb.

O vaxtdan Məmmədov Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinə başçılıq edir. Bu Fond çox sayda mədəni, siyasi və xeyriyyə layihələri həyata keçirir. 

Əhali ilə işləmək təcrübəmə arxayın olduğumdan, hər zaman insanlara xidmət etmək istəyirəm”, - deyə S.Məmmədov qeyd edib: “Bu dəfə hər şey fərqli olacaq. Çünki insanları birbaşa təmsil edəcəyəm. 20 ildən artıqdır vətəndaşlarla, insanlarla işləyir, müxtəlif layihələrin həyata keçirilməsində iştirak edirəm. Mən bu işi sevirəm”.

O, seçkiyə müstəqil namizəd kimi qatılmasının səbəblərindən də danışıb. Soltan Məmmədovun sözlərinə görə, o, müxtəlif fondlarda müstəqil şəkildə işləməyə öyrəşib. Məmmədov hər problemə görə günahkarın birbaşa ölkə rəhbərliyi olduğunu da düşünmür: “Mən şəxsi həyatımda da ilk növbədə özümü tənqid etməyi sevirəm. Dövlətin siyasətilə heç bir əlaqəsi olmayan çox sayda problem var”. S.Məmmədov hesab edir ki, diqqətlər bu problemlərin həllinə yönəldilməlidir.

Həmsöhbətimiz ümid edir ki, parlamentdə o, sosial siyasət və səhiyyə üzrə çalışacaq. Bununla yanaşı, o, infrastruktur, təhlükəsiz içməli su mənbələrinə çıxış, kəndlərarası əlaqələrlə bağlı problemlərin həllinə də çalışacaq. Amma Məmmədov üçün prioritet təhsil və səhiyyə sahələridir: “Bu sahələrlə bağlı yaxın 6-8 ay ərzində təcili qərarlar verilməlidi”.

S.Məmmədovun sözlərinə görə, təmsil edəcəyi seçki dairəsində yeni məktəbin tikintisindən sonra yeni səhiyyə mərkəzinin inşasını təklif edəcək. “İnsanlar deputatlardan nə istəyirlər?”, - deyə Məmmədov ritorik sual verir: “Azəbaycan prezidenti İlham Əliyevin hər zaman söylədiyi kimi, millət vəkili xalqdan olmalı, xalqla işləməli və onunla yaşamalıdır”. Odur ki, yeni seçilən deputat bu anlayışı əsas götürməyi, seçicilərilə müxtəlif formatlarda mütəmadi görüşlər keçirməyi düşünür: “İndi, insanlar da daha fəal olmaq niyyətindədir. Artıq onların gözləntiləri daha yüksəkdir”.

 

Həmsöhbətimiz seçki günü havanın sərt keçəsinə baxmayaraq, səs verənlərin sayından razı qalıb. O, etiraf edir ki, siyasi partiyalara bağlı olan bəzi müşahidəçilər bəzən qarşı tərəfə təzyiqlər göstərib. Lakin bu, sistematik xarakter daşımayıb.

Bu arada, ATƏT Azərbaycanda keçirilmiş parlament seçkisilə bağlı ilkin dəyərləndirməsini açıqlayıb. Qurum bəyan edib ki, prosesdə çox sayda namizəd iştirak etsə də, “seçim kifayət qədər olmayıb”.

Qeyd edək ki, seçkiyə 1314 namizəd qatılıb. ATƏT-in hesabatında səslərin sayılmasında problemlərin olduğu bildirilir. Bununla yanaşı, qurum prosesdə iştirak etmiş qadınların sayının azlığından da təəssüflənir.

Yeri gəlmişkən, Azərbaycanda qeydiyyata alınmış 55 siyasi partiyadan heç birinin sədri qadın deyil. Qadınlar son seçkidə iştirak etmiş namizədlərin yalnız beşdə birini təşkil edib.  

“Doğrudur, bəzən müşahidəçilər qanunun tələblərinə zidd bəzi addımlar atılmasını tələb edib, yaxud belə addımlar atıb”, - deyə Məmmədov bildirib: “Amma bütün bunlar rutin məsələlərdir. Çünki digər müşahidəçilər və ya seçki komissiyasının üzvləri həmin şəxslərə qaydaları izah ediblər”.

Seçkidən sonra həyatının necə dəyişəcəyilə bağlı sualı həmsöhbətimiz belə cavablandırıb: “Yaxşı sualdır. Mən bədbin deyiləm. Lakin hər zaman çətinlikləri də düşünməyə çalışıram. Yalnız yaxşı şeyləri düşünmək çox asan yoldur”.

Soltan Məmmədovun əsas narahatlığı ailəsinə vaxt ayıra bilməyəcəyilə bağlıdır. O, bundan sonra iki qızı il daha az vaxt keçirəcəyini düşünür. Bununla yanaşı, Məmmədov ümidverici siyasi karyerasının qızlarını ilhamlandıracağına inanır: “Bu gün bizim ölkə üçün etdiklərimiz, əlbəttə ki, uşaqlarımızın gələcəyidir”.

Vlaqizlav Maksimov

EurActiv, Aİ

11.02.2020 




Ana səhifəyə qayıt        Baxış: 994          Tarix: 14-02-2020, 08:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma