"Türkiyə Silahlı Qüvvələrinin üzvləri İdlibdə Suriya ordusu tərəfindən hücuma məruz qalıb. Hücum nəticəsində 9 türk əsgəri şəhid olub
Ovqat.com xəbər verir ki, bu sözləri Hatay valisi Rəhmi Doğan söyləyib.
Valinin dediyinə görə, hücumda bəzi əsgərlər də ağır yaralanıblar.
Müşahidəçilərin fikrincə, hücumu edən Suriya yox, Rusiya hərbi hava qüvvələri olub. Rus təyyarələrinin Türk ordusuna aid maşın karvanını hədəfə aldığı bildirilir.
Qeyd edək ki, bu gün Türk ordusu İdlibin Serakib qəsəbəsini Suriya ordusundan geri aldığı bildirilirdi. Görünür, bu hücumda Serakibə yollanan dəstək karvanı bombalanıb.
***
Saat 3.12
Türkiyə rəsmi qaynaqları İdlib hücumunda şəhid sayının 29 yüksəldiyini, 36 əsgərin yaralandığını bildirirlər.
Reuters agentliyi isə 34 türk əsgərinin öldürüldüyünü xəbər verir.
Müstəqil qaynaqlardan aldığımız məlumata görə, türk şəhidlərinin sayı 60-dan çoxdur.
Paylaş: