Xəbər lenti

 

İran SEPAH-nın İdilibdə öldürülən bir yüksək rütbəli zabitinin kimliyi müəyyənləşib.

Ovqat.com-a Suriya türkmənləri tərəfindən verilən məlumata görə, Türk ordusunun cavab zərbəsi nəticəsində həyatını itirən həmin komandir Seyid Əli Zəncanidir.

 

SEPAH komandirinin martın 1-də öldürüldüyü bildirilir. Onun İdlibdə Türk ordusuna qarşı döyüşən Hizbullah qüvvələrinə rəhbərlik etdiyi iddia olunur. Livanın əsas hərbi qüvvələrindən sayılan və 2006-cı ildə İsrailə 33 gün qan udduran Hizbullaha rəhbərlik etməsi Zəncaninin yüksək sərkərdəlik qabiliyyətinə malik hərbçi olduğundan xəbər verir.

Suriya türkmənləri Zəncaninin öldürülməsini təsdiqləyən foto və video-görüntüləri də redaksiyamıza göndəriblər. Fotolardan birində Zəncaninin yeni dəfn olunmuş məzarı üzərinə qoyulmuş şəkili, digərində isə kəfəninin üzü açıq təsviri yer alır. Videoda isə ən azı iki hərbçinin mərsiyələrlə son mənzilə aparılması əks olunur.

  

Qeyd edək ki, Zəncan Güney Azərbaycana məxsus şəhərdir. Öldürülən komandirin də bu səbəbdən azərbaycanlı olması ehtimalı var.

Xatırladaq ki, Türkiyənin 34 əsgərinin İdlibdə öldürülməsinə hərəkətə keçən TSQ hərbçiləri qısa zamanda minlərlə düşmən silahlısını zərərsizləşdirdiklərini bildirmişdilər. Onların arasında çox sayda SEPAH-ın və Livan Hizbullahının döyüşçüləri də var idi. SEPAH komandiri Zəncaninin də həmin döyüşlər zamanı öldürüldüyü iddia edilir.




Ana səhifəyə qayıt        Baxış: 3 630          Tarix: 5-03-2020, 19:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma