Xəbər lenti

 

Suriyadakı kürd problemi yoxdur, bu barədə irəli sürülən iddialar yalan və xəyal ünsürüdür. Türkiyənin təzyiq siyasəti ilə kürdlər şimala yerləşdilər, biz də onları Suriyada qonaq etdik".

Ovqat.com xəbər verir ki, bu fikirləri Suriyanın dövlət başçısı Bəşər Əsəd irəli sürüb.

Dünən Vladimir Putinlə Türkiyə prezidenti R.T.Ərdoğanın İdlib məsələsini müzakirə etdiyi bir zamanda Rossiya 24 da Suriya prezidenti Bəşər Əsəddən müsahibə alırdı.

Müsahibəsində Suriya lideri bildirib ki, ölkəsində kürd, erməni və digər fərqli etnik qruplar da məskunlaşıb və rəsmi Dəməşqin onlarla heç bir problem yoxdur: “Bizim etnik qruplarla yox, separatçılarla problemimiz var. Xüsusilə səksəninci illərdən bəri. Halbuki Türkiyə onları öldürməyə və təzyiq altında tutmağa başlayanda biz onların buraya gəlmələrinə icazə verdik və mübarizələrinə qarşı çıxmadıq. Onların Suriyada vətəndaşlıq hüquqları var, əslində isə suriyalı deyillər. Kürdlərlə bu qədər isti əlaqələrimiz niyə “Kürd məsələsi” adlansın?

 Gələcəkdə kürdlərlə birgə bəzi yol xəritəsi üzərində çalışmaq istədiklərini bildirən Bəşər Əsədə görə, bu məsələdə də Dəməşqin qarşısında ciddi problem dayanır: “Suriyanın şimalındakı kürd siyasi qrupları ilə təmas halındayıq, amma problem ondadır ki, bəzi qruplar ABŞ-ın himayəsinə sığınıblar. Əlbəttə ki, hamısı deyil, bir çox qrup və əşirətlər dövləti dəstəkləyirlər. Ancaq onlar da səslərini çıxara bilmirlər. Bölgəni ABŞ-la işləyən kiçik bir qrup idarə edir".

Bəşər Əsədin fikrincə, əsas problem də məhz həmin kürd qrupların ABŞ-la birlikdə hərəkət etmələrindədir: “ABŞ işğalçıdır və torpaqlarımızı işğal edib. Onlar Suriyanın neftini oğurlayırlar və oğrudurlar. Həmin kürd qruplar iki tərəf arasında dayanmamalıdırlar, çünki bir tərəf qanunu müdafiə edir, digər tərəf isə qanuna qarşı çıxır. Eyni zamanda həm polisin, həm də oğrunun yanında ola bilməzsiniz. Min dəfə oturub danışsaq da, onlarla bir nəticəyə gələ bilməyəcəyik. Birgə fəaliyyətimiz ABŞ, Türkiyə və digər bütün işğalçılara qarşı çıxmaq üzərində qurulmalıdır. Türkiyə də, ABŞ də işğalçıdır".

Jurnalistin sualına cavabında əsas hərbi hədəf və prioritetlərinin İdlib olduğunu deyən Bəşər Əsəd Türkiyəni bütün hərbi gücünü bu bölgəyə dislokasiya etdiyini vurğulayıb: Əlbəttə, bunu amerikalıların təlimatıyla etdi. Bununla bağlı heç bir şübhə yoxdur, çünki İdlibi qurtardıqdan sonra məqsədimiz şərq bölgələrini xilas etmək olacaq. Mən dəfələrlə İdlibin hərbi cəhətdən ön logistik nöqtə olduğunu söyləmişəm və bu bölgənin xilas olmasının qarşısını almaq üçün işğalçılar bütün güclərini istifadə etdilər, məqsəd şərqə doğru irəliləməyimizin qarşısını almaqdır".

Həmişə Türkiyəyə qarşı çıxan kürd qrupların indi onunla döyüşmədiyini bildirən Bəşər Əsəd bunun səbəbini ABŞ-ın icazə verməməsində görür: “Türkiyə işğalçılarına qarşı çıxan və davamlı bu yöndə açıqlamalar verən kürd qrupları niyə Türkiyə bölgəyə müdaxilə edəndə ona bir güllə belə atmadılar? Çünki Türkiyənin o bölgəyə girməsinə ABŞ icazə verdi. İndi biz həmin qruplarla hansı əsaslarda razılığa gəlməliyik: ifadələrinə, yoxsa hərəkətlərinə əsasən? Onlar ABŞ ilə Türkiyə arasında olmaq istəyirlər. Türkiyəyə qarşı çıxan tək güc Suriya hökuməti və digər fərqli komponentlərdir və hər gün şəhid verirlər. “Türkiyəyə qarşı sizinlə anlaşacağız”,- deyirlərsə mən hazıram, döyüşçülərini gətirsinlər vətəni və toprağımızı birlikdə və eyni cəbhədə qoruyaq".




Ana səhifəyə qayıt        Baxış: 3 556          Tarix: 6-03-2020, 13:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma