Xəbər lenti

 

Suriyanın İdlib bölgəsində vəziyyətin gərginləşməsi fonunda Türkiyə Cümhuriyyətinin (TC) prezidenti Rəcəb Tayyib Ərdoğan əmin edib ki, türk hərbçilər Sriyada Rusiya və İranın mövqelərinə hücum etməyəcək.

Onun sözlərinə görə, Ankara yalnız Bəşər Əsəd qüvvələrinə cavab zərbələri endirəcək.

«Türkiyə indiyə qədər Suriyada nə Rusiya, nə də İran tərəfinə atəş amağa cəhd göstərməyib. Gələcəkdə də biz, bunu etməyəcəyik»-deyə, Ərdoğan bəyan edib.

Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya prezidenti Vladimir Putin martın 5-də Moskvada Ərdoğanla danışıq aparacaq. İdlibdəki situasiya müzakirə olunacaq.

Məlum olduğu kimi, orada vəziyyət fevradın 27-də gərginləşib. Buna səbəb Suriya ordusunun Türkiyə hərbçilərinə atəş açmasıdır.

AzPolitika.info




Ana səhifəyə qayıt        Baxış: 611          Tarix: 3-03-2020, 10:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma