Xəbər lenti

 

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz ölüb.

Ovqat.com xəbər verir ki, iddianı iordaniyalı məşhur araşdırmaçı - jurnalist Qada Ennab irəli sürüb.

 Özünün tvitter səhifəsində məlumatı paylaşan jurnalistin məlumatına görə, Salman ibn Əbdüləzizin vəfatı ilə bağlı rəsmi açıqlama Məhəmməd ibn Salmanın yeni kral təyin edilməsinə ortamı hazırlamaq məqsədilə təxirə salınıb.

Jurnalist həmçinin bir sıra yüksək səviyyəli Səudiyyə şahzadələrinin həbs edildiyini də bildirib.

 Qeyd edək ki, Səudiyyə Ərəbistanı qanunvericiliyinə əsasən, krallıq səlahiyyəti atadan oğula yox, qardaşa və ya əmioğluya ötürülür. Bu ənənəyə əsasən, Məhəmməd ibn Salman heç vaxt kral elan oluna bilməz.

Hətta onun vəliəhd elan olunması da Səudiyyə ənənəsinə uyğun gəlmirdi və ciddi narazılıq doğurmuşdu. Vəliəhd krallığı ələ keçirmək üçün bir neçə ildir əmioğlularına qarşı ardıcıl repressiya siyasəti yürüdürdü. Onun bu məqsədlə ən varlı şahzadələrin mülkiyyətini mənimsəmək üçün müxtəlif vasitələrə əl atdığı da bəllidir.

Görünür, kralın ölümüylə Səudiyyə ailəsində böyük qalmaqalların yaşanacağı ehtimalı rəsmi Riyadı ölüm faktını gizlətməyə və gözlənilən üsyana qarşı proflaktik tədbirlər həyata keçirməyə vadar edib. Əgər belədirsə, kralın ölümünün elan olunması xeyli uzana bilər.

***

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hakimiyyəti Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül Əziz əs-Səudun qardaşı və qardaşı oğlunu dövlətə xəyanət ittihamı ilə saxlanılması ilə bağlı bir neçə gün öncə “Wall Street Journal” məlumat yaymışdır.

Məlumata əsasən, Əhməd ibn Əbdül Əziz əs-Səud və Məhəmməd ibn Naif cümə günü səhər evlərində saxlanılıblar.

“Bloomberg” isə qeyd etmişdir ki, 2015-ci ildə taxta çıxdıqdan sonra Salman səlahiyyətlərini genişləndirməyə, hakimiyyət tələb edən kral ailəsi üzvlərini həbs etməyə, bunu korrupsiyaya qarşı mübarizə ilə izah etməyə başlayıb.

Xatırldaq ki, 2017-ci ilin noyabrında korrupsiya ittihamı ilə 200-dən çox şahzadə, siyasətçi və iş adamı həbs edilmişdi. Onlar Ər-Riyaddakı “Ritz Carlton” otelində saxlanıldı. Onların əksəriyyəti milyardlarla dollar dəyərində kompensasiya müqabilində sərbəst buraxılmışdı.




Ana səhifəyə qayıt        Baxış: 2 802          Tarix: 8-03-2020, 00:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma