Dövlətlər adətən iqtisadi böhrandan çıxmaq üçün müharibəyə girişirlər. Sözsüz ki, bu müharibələr zəif dövlətlərə qarşı edilir. Əks halda güclü dövlətlərlə kəllə-kəlləyə gəlmək əlavə iqtisadi yük olacağından böhranlı iqtisadiyyatların çöküşünü sürətləndirər.
Zəif dövlətlərlə isə müharibə ölkə vətəndaşlarının diqqətini əsl problemlərdən yayındırar və qazanılan qələbələr milli hisslərin gücləndirər. Nəticədə vətəndaşlar vahid ideya ətrafında toplanır və qarın davasını unudarlar.
Bu mənada neftin qiymətlərinin kəskin ucuzlaşmasının Rusiya iqtisadiyyatına vuracağı zərəri aradan qaldırmaq üçün Kremlin də belə iddialara düşməsi gözləniləndir.
Nə yazıq ki, Kremlin bu dəfə seçəcəyi balaca yemlərdən birinin də Azərbaycan olacağı ehtimalı da istisna deyil və bu istiqamətdə bəzi addımlar atılır
Xatırlayırsınızsa, bir müddət əvvəl Rusiya prezidentinin müşaviri Ruslan Edelqereyevin Dağıstana səfəri barədə məlumat vermişdik. Həmin səfər zamanı Dagıstan Respublikasının rəhbəri Vliadimir Vasilyevlə görüşən Ruslan Edelqereyev Samur çayı məsələsini gündəmə gətirmiş, bu diyarın su çatışmamazlıgından əziyyət çəkdiyindən, meliorasiya problemi yaşadığından xəbərdar oldugunu və hər bir subyektin sərhədyanı subyektlərlə bu məsələlərin müzakirəsinin və problemlərin həllində fəaliyyətlərin intensivləşdirilməsinin vacibliyini qeyd etmişdi.
Rusiyadan su təhdidi: “Azərbaycanla su probleminə yenidən baxılmalıdır”
Dagıstan Respublikasının rəhbəri Vliadimir Vasilyev isə Samur çayı hövzəsindəki resursların bölüşdürülməsi probleminə toxunaraq bildirmişdi ki, ildən-ilə bu respublikada yagmur suyunun səviyyəsi aşağı düşür, yerüstü su resursları tükənir: “İndi qonşu dövlətlə su probleminin həlli məsələsinə yenidən baxılmasının vaxtı gəlmişdir”.
Şübhəsiz ki, rus rəsmiləri “qonşu dövlət” deyəndə Azərbaycanı nəzərdə tuturdular və ölkəmizin Samur çayından tamamilə mərhum edilməsinə eyham vururdular. Bu isə qeyri-neft sektorunun əsas bazası kimi kənd təsərrüfatını inkişaf etdirmək istəyən Azərbaycanın Strateji Yol Xəritəsinə yönəlmiş ciddi təhdid idi.
Maraqlıdır ki, Rusiya Xarici İşlər Naziri bu gün heç bir ehtiyac olmadan 1828-ci ildə Rusiya ilə Qacariyyə (İran) dövləti arasında bağlanmış Türkmənçay müqaviləsinin fotosunu paylaşıb. Həmin müqavilədə isə Araz çayının statusu və onun şimal hissəsinə qədər ərazinin Rusiyaya verilməsi nəzərdə tutulur. Sanki Rusiya XİN bu paylaşımı ilə kimlərəsə Azərbaycanın ona məxsus olduğunu xatırlatmaq istəyir.
Rəsmi Bakı Rusiyanın ard-arda təhdidli eyhamlarına laqeyd qalmamalı və rəsmi Moskvaya beynəlxalq hüquq normalarını xatırlatmalı, problemi dərhal BMT-yə daşımalıdır.
Paylaş: