Vaterlo şəhərinin meri Florence Reuter bu şəhərdəki Xurşidbanu Natəvanın abidəsinə qarşı törədilmiş vandalizmlə əlaqədar açıqlama verib.
Ovqat.com Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, mer Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının və Benilüks Azərbaycanlıları Konqresinin ona ünvanladığı məktuba cavab yazaraq öz mövqeyini açıqlayıb.
Məktubda vəziyyət nəzarət altında olduğu, polis orqanlarının təhqiqata başladığı vurğulanır: “Abidə bərpa ediləcək. Hadisə ilə bağlı aidiyyəti qurumlar ciddi iş aparır”.
Xatırladaq ki, Belçikanın Vaterlo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı törədilməsi Avropada yaşayan soydaşlarımızın hiddətinə səbəb olub. Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası və Benilüks Azərbaycanlıları Konqresi bu xoşagəlməz insidentlə bağlı məktubla Vaterlo şəhər meri Floran Röterə müraciət edib.
Xurşidbanu Natəvanın abidəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2016-cı ildə ucaldılıb. Heykəlin postamentində “Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan” sözləri yazılıb. Abidə Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələri siyahısına daxildir.
Abidənin dağıdılması barədə məlumat Ovqat.com tərəfindən ictimailəşdirilmişdi.
Xurşidbanu Natəvanın abidəsi vandalizmə məruz qalıb – Bu dəfə Belçikada
Paylaş: