Bu gün İstanbulun yeni hava limanı Azərbaycan vətəndaşlarının üsyanına səhnə olub.
Ovqat.com xəbər verir ki, üsyanın səbəbi AZAL-ın Türkiyədə yaşayan vətəndaşlarımızı aldatmasıdır və süründürməçiliyidir.
Məlum olduğu kimi, dünyanın hər yerində koronavirusun yayılması səbəbindən bütün ölkələr kimi Azərbaycan da öz vətəndaşlarını vətənə qayıtmasını tövsiyə edib və onların daşınması missiyasını AZAL-a tapşırıb. Üstəlik, bu məsələ Azərbaycan və Türkiyə prezidentləri arasında müzakirə edilib və vətəndaşların hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti dayandırılması barədə razılığa gəlinib. Nazirlər Kabineti yanında Operativ Qərargah bu razılığı əldə rəhbər tutaraq qərara alıb ki, Türkiyə ərazisində müvəqqəti yaşayan vətəndaşlarımızın növbəti günlər ərzində ölkəyə gətirilməsini təmin etmək üçün Azərbaycan Hava Yolları tərəfindən Türkiyə istiqaməti üzrə çarter reysləri həyata keçirilsin.
Qərargah habelə ölkəyə qayıtmaq istəyənlərin Azərbaycanın Ankaradakı Səfirliyi və ya İstanbuldakı Baş konsulluğunda qeydiyyatdan keçməyə çağırıb. Vətəndaşlarımız da dövlət adından səsləndirilən bu çağırışı ciddi qəbul edərək İstanbul hava limanına gəliblər və daha sonra gəldiklərinə peşman olublar. Məsələ burasındadır ki, bir çoxları hətta ciblərindəki son qəpiklərinə qədər verərək bilet almalarına baxmayaraq, günlərdir onları Azərbaycana qaytaracaq təyyarəni gözləyirlər. Təyyarədən isə əsər-əlamət yoxdur.
Nəhayət, gözləməkdən bezən sərnişinlər etiraza başlayıblar. Qarşılarına əvvəl AZAL-ın İstanbuldakı nümayəndəsi Fərid adlı şəxs çıxıb. Azərbaycan ləhcəsində belə danışa bilməyən Fəridin təsəllisinə inanmayan müştərilər onu və AZAL-ı yalançı adlandırıb qarşılarına daha ciddi adamın gəlməsini tələb ediblər. Daha ciddi adam etirazçıları çox gözlətməyib. Üsyanını yatırmaq üçün Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev özünü dərhal üsyanın mərkəzinə atıb. Amma çifayda, Məsim Hacıyevin diplomatik qabiliyyəti də etirazları yatırmağa yetməyib. Vəziyyətin tünd olduğunu görən Baş konsul aradan çıxmağa çalışsa da, etirazçılar onun qolundan tutub sözlərini dinləməyə dəvət ediblər.
Vətəndaşlardan biri Azərbaycanın başqa ölkələrə koronavirusla mübarizə üçün milyonlarla dollar yardım etdiyi halda, öz halal puluyla bilet alan vətəndaşlarına bu qədər laqeydliyini anlaya bilmədiklərini deyiblər. “Bəlkə gedək Ermənistan səfirliyinə müraciət edək” deyib Azərbaycanın müvafiq qurumlarının bacarıqsızlığını tənqid edənlər də tapılıb.
Sosial şəbəkələrdə yayılan digər videoda isə vətəndaşlarımızın etirazına Türkiyəli məmurun “Bağıracaqsansa, get, Azərbaycan dövlət adamlarına bağır” tərzində “məsləhət” verdiyi nümayiş etdirilir. Ümumiyyətlə, Azərbaycan hökumətinin öz vətəndaşlarına bu cür laqeyd qalması təkcə həmin məmur tərəfindən deyil, digər türklər tərəfindən də qınaqla qarşılaşıb. Belə ki, ilk videonu çəkən də türkdür və o, vətəndaşlarımızın günlərdir aeroportda süründürüldüyünü bildirərək dövlətimizı qınayır. Qısası, AZAL-ın və İstanbuldakı Baş konsulun bacarıqsızlığı dövlətimizin adına xoş sözlər gətirməyib.
Azərbaycanda isə bu işləri AZAL, XİN və Diaspora məsələləri üzrə Dövlət Komitəsi həyata keçirməlidir. Onlar isə ya beynəlxalq konfranslarda mürgü vurmaqla, ya müştərilərinə orta barmağını göstərməklə, ya da səfir olmaq eşqinə düşənlərə lobbiçilik etməklə məşğuldurlar.
İstanbulda başqa ölkə vətəndaşlarının gözü qarşısında baş verən bu biabırçılığa Azərbaycanın İstanbuldakı Baş konsulunun reaksiyası da maraqlıdır. Məsim Hacıyev özünü təmizə çıxarmaq üçün Baş konsulluğun rəsmi səhifəsində bu məlumatı paylaşıb:
Paylaş: