Xəbər lenti

 

“Diqqət, dostlar! Dərbənddə vəziyyət gərgindir!”

Ovqat.com xəbər verir ki, bu həyəcan siqnalını Dərbənddə yaşayan Şəhriyar Səmədov çalıb.

O, bu gecə özünün facebook səhifəsində paylaşdığı statusunda bildirib:

“Dərbənd şəhərindəki Muzey-Qoruq Kompleksinin yeni təyin edilən direktoru Viktor Çesnakov elan edib ki, şəhərin azərbaycanlılar yaşayan qədim hissəsi hərraca çıxarılaraq satılacaq.

 

Xəbərdən hiddətlənən soydaşlarımız bu gün günorta saatlarında qədim Cümə məscidinin qarşısında etiraz aksiyası keçirərək, Viktor Çesnakovdan hansı əsasla onların ata-baba yurdlarının satışa çıxarılmasının hesabını tələb ediblər. Aksiya zamanı toqquşma baş verib. Dərbənddə yaşayan əzizlərimiz bizdən hadisəni ictimailəşdirməyi xahiş edir. Biganə qalmayaq. #Dərbənd, Narın Qala Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir”.

Dərbənd azərbaycanlılarının dünən keçirdiyi aksiyadan görüntülər:

Soydaşlarımız rəsmi Bakını onların problemləriylə maraqlanmamaqda günahlandırıblar. Xaricdə yaşayan soydaşlarımızın problemləriylə məşğul olmalı olan Diasporla İş üzrə Dövlət Komitəsinin və XİN-nin Rusiyanın soydaşlarımıza qarşı son zamanlar sistematik olataq həyata keçirdiyi diskriminasiya siyasətinə adekvat reaksiyasını gözləyir və onu işıqlandırmağa hazırıq.

 




Ana səhifəyə qayıt        Baxış: 28 322          Tarix: 16-03-2020, 10:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma