Xəbər lenti

 

Bu gün İngiltərənin paytaxtı Londonda yaşayan azərbaycanlılar Füzuli rayonunda erməni təxribatının qurbanı olan ikiyaşlı Zəhranın xatirəsini yad ediblər. Daha sonra təbdir iştirakçılarından bir qrup ayrılaraq, şəhərdəki Ermənistan səfirliyinin qarşısında piket keçiriblər.

Ovqat.com-a bu barədə məlumat verən soydaşlarımız, kink-boks üzrə dəfələrlə dünya çempionumuz Hafiz Baxşalıyevin bildirdiyinə görə, etiraz aksiyası insidentsiz başa çatıb.

Aksiyanı təşkilatçısı da elə H. Baxşalıyev imiş. O, tədbirdən bir neçə gün əvvəl öz facebook səhifəsində İngiltərədə yaşayan bütün azərbaycanlıları aksiyaya dəvət edərək yazıb:

   

Məlumata əsasən, yolla keçən ermənilər etirazçıları təxribata çəkməyə çalışsalar da, azərbaycanlılar təmkinli davranaraq sivil qaydada öz mövqelərini dünya ictimaiyyətinə çatdırmağa çalışıblar.

Aksiyadan çəkilən foto-şəkilləri təqdim edirik:

 




Ana səhifəyə qayıt        Baxış: 1 560          Tarix: 9-07-2017, 20:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma