Xəbər lenti

 
Aprelin 2-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri əməkdaşların iş və məişət şəraiti ilə, koronavirus pandemiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə həyata keçirilən profilaktik tədbirlərlə yerində tanış olmaq məqsədi ilə Neft Daşlarına səfər edib.
Ovqat.com SOCAR-a istinadən xəbər verir ki, R.Abdullayev NQÇİ rəhbər şəxslərinin məruzəsini dinləyib və deyib: "Əslində mən gündə bir neçə dəfə dəniz obyektlərimizdən məlumat alıram. Nə qədər məlumatlı olsam da və hər şeyin yaxşı olduğuna inansam da, vəziyyətlə şəxsən tanış olmaq üçün bu gün sizinlə görüşmək istədim. Gəldim ki, hər şeyi yerində, öz gözlərimlə görüm və bir daha əmin olum ki, uzadılmış növbə rejimində işçilər üçün hər cür şərait yaradılmışdır”.



Uzun sözün qısası, Rövnəq müəllimin müşayiəti altında Neft Daşlarının bütün küçə və bacaları dezinfenksiya olunub. SOCAR prezidenti bu dezinfeksiya işlərinin səbəbini belə izah edib:
Gündə 400 işçi dəniz obyektlərinə işə gətirilir. Karantin keçməmiş və virusa yoluxmuş bir nəfər də çox böyük risk idi. Amma indi biz artıq bütün hazırlıqları gördük və ayın 10-dan başlayaraq növbələr tədricən dəyişiləcək. Sizə bu fədəkarlığınıza görə təşşəkür edirəm. Bu gün ön cəbhədə olan həkimlərimiz, polislərimiz, əsgərlərimiz kimi siz neftçilər də çox mühüm və həyati əhəmiyyətli fəaliyyətinizlə qəhrəmanlıq nümunəsi göstərirsiniz”. 

 



Şəkillərdən də göründüyü, 400 neftçinin işlədiyi obyekti dərindən dezinfeksiya edən Azərbaycan hakimiyyəti nədənsə eyni həssasiyyəti digər vətəndaşlara göstərmir. Bakının mərkəzi küçələrində gözdən pərdə asmaq üçün aparılan dezinfeksiya işlərinə kənar məhəllələrdə nəinki əhəmiyyət verilmir, hətta ondan əməlli-başlı korrupsiya mənbəyi kimi istifadə edilir.

Bu kadrlar Bakının mərkəzi küçələrində çəkilib


 
 Suraxanı rayonunun ən gözəgəlimli guşələrindən sayılan Qaraçuxurda isə dezinfeksiya üçün obyekt sahiblərindən 50 manat rüşvət istənilir. Rüşvəti verilməyən sakinlərin etirazları nəzərə alınmır, onlar koronavirusun caynağına atılaraq faktiki ölümə tərk edilirlər.

Bu da sübutu





Qaraçuxurda çəkilən bu videolarla Neft Daşlarında aparılan dezinfensiya işlərini qarşılaşdıranda məlum olur ki, Azərbaycan hökumətinin dərdi Rövnəq müəllimin dediyi kimi 400 neftçini qorumaq deyil. Əks təqdirdə Bakıda yüzminlərlə əhalinin yaşadığı məkanlar da eyni etina ilə dezinfeksiya olunardı. Görünür, Neft Daşlarında da əsas hədəf “qara qızıl” istehsalının dayandırılmasının qarşısını almaqdır. 400 nəfər neftçiyə məhz bu səbəbdən qayğı göstərilir. Lap Məhəmməd Füzulinin dediyi kimi, hökumət özünü sevdiyi üçün nefti, nefti sevdiyi üçün isə neftçini sevir.



Ölkəmizdə neftə insandan çox dəyər verilməsini əks etdirən belə mənzərələrlə qarşılaşanda şair-publisist Heydər Oğuzun 7 il əvvəl yazdığı “Tibet kahini” şeiri yada düşür. Şeir o zaman yazılmışdı ki, Tibetin dini lideri XIV  Damay Lama qiyamət kəhanətində bulunmuş, 2012-ci ildə dünyanın sonu olacağını bildirmişdi. Maya təqvimində də eyni kəhanət olduğundan dünya lərzəyə gəlmiş və hər kəs mağazalardan şam alıb, qiyamətin başlayacağı ilk qaranlıq gündə bir neçə saat həyatda qalmağa ümid bağlamışdı. Şair də məhz o zaman Azərbaycan xalqının narahatlığına aydınlıq gətirməsi üçün Damay Lamaya şeir yazaraq, dünya ilə məzələnib-məzələnmədiyini soruşmuşdu. 
Aktuallığını nəzərə alıb “Tibet kahini” şeirini təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 7 814          Tarix: 3-04-2020, 11:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma