Xəbər lenti

Koronavirus pandemiyası sonrası dünyanın dəyişiləcəyi iddia olunur. Bu iddiaya görə, koronavirusun ortaya çıxardığı yeni həqiqətlər nəticəsində dünyada ictimai münasibətlərdən tutmuş iqtisadi əlaqələrə, hətta siyasi  idarəetmə prinsiplərinə qədər hər şeyin dəyişiləcəyi gözlənilir.
Mülahizələrin nə dərəcədə özünü doğruldub-doğrultmayacağını zaman göstərəcək. Azərbaycanda isə dəyişikliklər indidən özünü büruzə verir. Belə ki, indiyədək biz yol polisinin qaydaları pozan sürücüləri danladığının şahidi olurduq. Xüsusilə də sərxoş sürücüləri.

Dünən Qusarda baş verən bir hadisənin video-görüntüləri isə rolların artıq dəyişildiyindən xəbər verir. Bu dəfə sərxoş olan polis-serjantı, ona içkili vəziyyətdə xidməti vəzifəsini icra etməyin yolverilməzliyini xatırladan isə sadə vətəndaşlardı. 
Ovqat.com olduqca maraqlı dioloqların yaşandığı videonu təqdim edir: 





Ana səhifəyə qayıt        Baxış: 3 593          Tarix: 7-04-2020, 14:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma