Xəbər lenti


Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayan, əvvəl Avropadakı söyüş müxaliflərinə sərt cavab verməsiylə seçilən, daha sonra isə xarici Qərbə mühacirət edərək ritorikasını dəyişən Maqsud Mahmudov Ukraynada saxlanılıb.
Ovqat.com-un məlumatına görə, onun yaxın saatlarda Azərbaycana deportasiya edilməsi gözlənilir.
Məlumatı mühacirin Ukraynadakı dostları da təsdiqləyiblər.
Ukrayna hökumətinə yaxın dairələrdən aldığımız məlumata əsasən, iş adamı İnterpol tərəfindən saxlanılıb. Onun ölkəmizə deportasiya edilib-edilməyəcəyi isə məlum deyil.
Məlumatı dəqiqləşdirmək üçün Ukraynadakı Azərbaycan səfirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab verən olmadı.


Ana səhifəyə qayıt        Baxış: 2 615          Tarix: 10-04-2020, 17:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma