Xəbər lenti
Dünən, 19:25


Asi iş adamı Maqsud Mahmudov Kiyevdə yaşadığı mənzildə həbs olunaraq polis idarəsinə aparılıb.
Ovqat.com-un məlumatına görə, onun Azərbaycana deportasiyası gözlənilir və artıq bu prosesə start verilib.
İş adamının vəkili də faktı təsdiqləyib. Onun sözlərinə görə, Maqsud Mahmudovun məhkəməsi olacaq və Azərbaycana deportasiya olunub-olunmayacağına hakim qərar verəcək. Böyük ehtimalla məhkəmənin deporta qərar verəcəyi gözlənilir.



Bildirildiyinə görə, Ukrayna hüquq-mühafizə orqanları ötən gün səhər tezdən onun evinə gəliblər. Mahmudovun onları içəri buraxmaq istəməməsi heç bir nəticə verməyib. Hüquq mühafizəçiləri qapını qıraraq mənzilə daxil olublar. İş adamı Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı dirənib və əlimdəki ülgüclə intihar edəcəyini bildirərək vəkilinin gəlməsini istəyib. Ukrayna polisi bu tələbi qəbul edib. İş adamı vəkillə təmin edildikdən sonra təslim olub. Onu yaxınlıqdakı polis idarəsinə aparıblar. İdarədə sorğuya çəkilən Maqsud Mahmudovun halı pisləşdiyini və özünə gəldikdən sonra onun məhkəmə qarşısına çıxarılacağı iddia olunur.


Mahmudovun vəkili

 Qeyd edək ki, bir neçə gün bundan əvvəl də Maqsud Mahmudovun deportasiyası üçün Azərbaycan hüquq mühafizə orqanları hərəkətə keçmiş, lakin Ukraynanın dövlət qurumlarının müdaxiləsilə proses nəticəsiz başa çatmışdı. Maqsud Mahmudov da bu uğursuz əməliyyatdan həvəslənərək hakimiyyətə qarşı söyüşlərinin dozasını artırmışdı. Üzərindən bir neçə gün keçdikdən sonra bugünkü hadisələrin baş verməsi onu göstərir ki, Ukrayna hüquq mühafizə orqanları əslində deportasiya prosesini hüquqi əsaslarla həyata keçirmək niyyətində imiş və buna görə azərbaycanlı həmkarlarına mane olurmuş. İş adamının həmin vaxt son anda təyyarədən endirilərək sərbəst buraxıldığı bildirilir. 



Qanunvericiliyə görə, Ukraynada məskunlaşan istənilən mühacirin öz ölkəsinə deportasiyasına yalnız məhkəmə qərar verə bilər. Hazırda bu prosedurun tələbləri yerinə yetirilir və məsələnin qanunun tələblərinə uyğun şəkildə həlli Ukrayna qədər Azərbaycan hakimiyyətinə də lazımdır.
Asi iş adamının yaxın günlərdə, mümkün olsa hətta sabah Azərbaycana gətiriləcəyinə dair söyləntilər var.


Ana səhifəyə qayıt        Baxış: 5 761          Tarix: 14-04-2020, 03:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma