
Xəbər lenti
Dünən, 18:24
Dünən, 16:18
Dünən, 12:06
Dünən, 11:30
Dünən, 09:09
4-09-2025, 23:21
4-09-2025, 22:27
4-09-2025, 22:00
4-09-2025, 20:09
4-09-2025, 18:08
4-09-2025, 16:17
4-09-2025, 14:35
4-09-2025, 13:34

Tanınmış jurnalist Elçin Alıoğlu özünün “PolitShow” adlı youtube kanalının bugünkü buraxılışını Avropada məskunlaşmış söyüş müxalifətinə həsr edib.
Ovqat.com-un məlumatına görə, jurnalist haqlı olaraq qeyd edib ki, bu binəvalar siyasi mübarizə ilə söyüş ritorikasını qarışdırıblar. Di gəl ki, söyüşlə yoğrulan çıxışlarını Azərbaycandakı istibdad rejiminə qarşı ən effektli mübarizə - inqilab adlandırırlar. Halbuki söyüşlərin göylərdə uçuşduğu bu çıxışları eşidən dinləyicilər “ölkədə siyasi dəyişikliklər olarsa, bunlarmı bizə rəhbərlik edəcəklər” sualı qarşısında “pirim” deyib mövcud hakimiyyətin ətəyindən yapışırlar. Bu baxımdan söyüş müxalifəti nəinki mövcud hakimiyyətə qarşı effektli mübarizə ortaya qoymur, əksinə birbaşa olmasa belə, dolayısıyla ona “ayı xidməti” göstərir.
Hər dəfə sözügedən you-tube kanallarında küçə uşaqlarının belə ağzına gətirmədiyi söyüşləri eşidəndə məşhur bir kəlamı xatırlayıram: “Cəhənnəmdə insana elə şeylər göstərirlər ki, adam qaçıb Əjdahanın quyruğunun altına sığınır”.
Bəli, bu gün nə danışdığını bilməyən söyüş müxalifəti də mövcud rejimin “cəhənnəm” ssenarisidir. Onu rahatlıqla xalqa özünün alternativi olaraq göstərib ictimai rəydə laxlayan mövqeyini daha da möhkəmləndirir.
Çox uzatmadan sözü Elçin Alıoğluna buraxırıq:
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar