Xəbər lenti
Dünən, 19:25

  

Eks-spiker Rəsul Quliyev maraqlı təşəbbüslə çıxış edib. O, sosial şəbəkədə izləyicilərə müraciət edərək bildirib ki, yaxın günlərdə Azərbaycandakı mövcud vəziyyət və inkişaf istiqamətləri barədə yazı hazırlayacaq. Oxuculardan onları maraqlandıran konkret suallar varsa, göndərmələrini  xahiş edən eks-spikerin bu təşəbbüsü izləyiciləri tərəfindən də müsbət qiymətləndirilib. Rəsul Quliyevə xeyi sayda suallar gəlib və gəlməkdədir.

Suallara cavabların maraqlı olacağını nəzərə alıb Rəsul müəllimdən qələmə alacağı avto-müsahibəni Ovqat.com-a göndərməsini və bizim vasitəmizlə yaymasını xahiş etdik. Sağ olsun, təklifimizi yerə salmadı və suallara cavab yazaraq bizə göndərdi. Biz də öz növbəmizdə ona verdiyimiz sözü tutaraq, yazını ictimai müzakirəyə təqdim edirik:

Əvvəli: “Mənim heç  bir səbəb olmadan “qəhrəman xalqım” deməkdən xoşum gəlmir” – Rəsul Quliyev

 

-Azərbaycan kritik bir dövrə qədəm qoyur. Bir neçə gündən sonra prezident seçkiləri də bitəcək. Narazı elektoratın isə səsi eşidilmir. Hakimiyyət daha 7 il ömrünü uzada biləcəkmi?

 

- Azərbaycan çoxdan kritik dövrün içindədir, sadəcə olaraq siz, “bu vəziyət davam edəcəkdirmi?” - soruşmaq istəyirsiniz. Prezident seçkiləri bir neçə gündən sonra bitəcək və narazı elektoratın səsi eşidilməyəcək. Onu eşitmək mümkün deyildir, çünki əslində bu səs yoxdur. Mətbəxdə, çayxanada rejimdən narazılıq bildirmək heç nə demək deyildir. Narazı elektoratın (ümumi elektorat 5 milyon vətəndaşdır) real səsi küçələrdə, meydanlarda heç olmazsa 50 minə çatmasa, heç kim onları eşitməyəcək. Hakimiyyətin əlavə 7 il ömrünü uzada bilməsi mübahisəli və bir çox faktorlardan asılıdır. Bugünkü durğunluq əsas götürülsə, nəinki yaxın 7 il heç, 20 ildə də dəyişiklik gözlənilmir. Ancaq cəmiyyət həmişə dənizdə olduğu kimi sualtı qayalarla dolu olur. Hakimiyyət gəmisi istənilən vaxt ona dəyib parça-parça ola bilər.

-Etiraz səsi daha çox xaricdən gəlir. Mühacirlərin söyüş kampaniyasını necə qiymətləndirirsiniz? Bu cür metodlar ölkəni ciddi qarşıdurmalara apara bilərmi?

-Mühacirlərin rejimə qarşı apardığı mübarizə təqdirə layiqdir. Ancaq onlar da ölkədə olduğu kimi yumruq kimi birləşə bilmir və hakimiyyət də bundan istifadə edir. Onlar tarixə diqqət yetirib bir neçə komanda yox, bir komanda kimi birləşməlidirlər. Rejimə qarşı mübarizə planını keçirdikləri konfransda təsdiq etməlidirlər. İdarə heyəti və ya başqa adla liderlərini seçməli və dəmir intizamla proqramlarını yerinə yetirməyə başlamalıdırlar. Paralel finans üçün yollar axtarmalıdırlar. Düşünürəm ki, söyüş kampaniyasını hökümət xaricdə yaşayan müxalifləri diskeditasiya etmək üçün təşkil edib. Və çox təəssüf bir çoxları bu tələyə düşüblər. Bu kampaniya təcili dayandırılmalı və hökümətin söyüşlərinə xüsusi yer veməklə onların iç üzü açılmalıdır

-Biz “ərəb baharları”nın da eyni metodlarla başladığını gördük. Bənzər proseslər bizdə də stabilliyi poza bilərmi?

-Bizim xaricdə yaşayan müxalifətin üzərinə daha ağır yük düşür. Çünki hadisələrin inkişaf etdiyi həm Misirdə, həm də Tunisdə daxildə çox güclü müxalifət var idi. Xaricdə yaşayanlar ölkə daxilindəki gənclərə söykənərək həm xaricdə, həmdə daxildə müxalifət rolunu öz üzərlərinə götürməlidir, çünki ölkədə müxalifət yoxdur, onun imitasiyası var. Xaricdə yaradılacaq komandada heç kimə hansı partiyanı təmsil etdiyini bildirməyə icazə verilməməlidir. Bu iş görülməsə o komanda əvvəl-axır parçalanacaq.

-ABŞ-da yaşayan mühacirlər də Avropada başayan hərəkata qoşuldular. Amma üzlərini maskayla örtmüşdülər. Amerikada belə insanlar hakimiyyətdən çəkinirsə, Azərbaycanda ciddi etiraz dalğası gözləməyə dəyərmi?

 -Düzü, rejimə qarşı mübarizə aparan amerikada yaşayan mənim tanıdıqlarım heç vaxt üzlərinə maska taxmazlar. Onların kim olduğunu bilmirəm. Ancaq Avropada yaradılacaq komandaya ABŞ-da yaşayanları da daxil etmək lazımdır.

-Avropadakı təhqir kampaniyasında hakimiyyətdaxili klanlararası rəqabətin rolu varmı? Ümumiyyətlə, hakimiyyət komandası vahiddirmi?

-Diktatura rejimlərində heç vaxt vahid komanda ola bilməz. Vahid komanda müəyyən ideyaların fundamentində yaranır. Korrupsiya və rüşvətin üzərində qurulmuş rejimin fundamenti cürükdür. Ona görə hakimiyyət daxilində daha çox pul mənimsəmək uğrunda daima müharibə gedir. Diktatora daha yaxın olmaq üçün istənilən yaramazlığa əl atılır.

-Bu etirazların arxasında hansı xarici qüvvə dayanır, Rusiyanın barmağı varmı?

-Düşünmürəm. Rejimi laxlatmaq üçün Rusiyanın əlində daha effektli silahlar var.

-Bayram Şükürov: Salam Rəsul bəy, xahiş edirəm bir az açıqlıq gətirəsiniz, Sizcə, bu seçkilərdən sonra əhalinin vəziyyəti necə olacaq? Daha doğrusu, bizi hansı sıxıntılar gözləyir?

-Seçkilrəin əhalinin vəziyyəti ilə elə bir əlaəsi yoxdur. Hakimiyyətin varlanması və əhalinin yoxsullaşması prosesi davam edəcək. Yaxın vaxtlarda əhalinin vəziyyəti dözümsüzlük səviyyəsinə çata bilər. Ancaq azərbaycanlılar üçün dözümsüzlük həddini müəyyənləşdirmək çox çətindir.

-Rövşən Əhmədov: Avropada mühacirət hökumətinin yaradılmasına münasibətiniz?

-Bu, gülünc ideyadır. Belə bir addım atmaqla insanları yalnız uzun müddətə mübarizəyə qoşulmaqdan uzaqlaşdırmaq olar.




Ana səhifəyə qayıt        Baxış: 3 588          Tarix: 30-03-2018, 08:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma