Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Dünya bazarında neft qiymətlərinin ucuzlaşması Azərbaycanın valyuta fondundan da yan ötüşməyib.
Ovqat.com Dövlət Neft Fondunun rəsmi hesabatlarına istinadən xəbər verir ki, 2020-ci il başlayandan bəri Fonda nəinki əlavə vəsait daxil olub, əksinə, o, daha da “ərimə” baş verib.
İlin ilk rübündə ən çox “ərimə” mart ayında yaşanıb. Dövlət Neft Fondunun rəsmi saytında dərc olunan hesabata görə, ötən maliyə ehtiyatlarımız 2.6 milyard dollar itirib. Yanvar ayında bu itki 800 milyon, fevral ayında isə 200 milyon dollar olub. Üst-üstə götürəndə Neft Fondu ilin ilk rübündə 3.6 milyard dollar itirərək 41.349 miyarda enib.
Qeyd edək ki, qlobal neft bazarında bu ay da vəziyyət gərgindir. Londonun İCE birjasında bir barel Brent markalı neft gün ərzində 27.56 ABŞ dollarına qədər enib. Nyu-Yorkun NYMEX birjasında WTI markalı neftin bir barreli isə 18.05 ABŞ dollarından satılır. Azərbaycanın light markalı nefti də 18.27 ABŞ dolları/barrelə düşüb. Bu, 2002-ci ildən bəri ən aşağı qiymətdir. Neft bazarındakı tənəzzül Dövlət Neft Fondunun bu ay daha çox “əriyə” biləcəyindən xəbər verir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar