Xəbər lenti

 
Məlum olduğu kimi, ötən gün İran Səhiyyə Nazirliyinin “səhvən”  Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıdığı ilə bağlı məlumat yaymış və bunun günahını ilk növbədə Azərbaycan XİN-nin “mağmunluğunda” və “yavalığında”  görmüşdük. 
Deyəsən, Ovqat.com-un bu tənqidlərindən nəticə çıxaran XİN qonşu dövlətə bu qədər səhvin ikili münasibətlərə xələl gətirdiyini izah edə bilir. Nazirliyin bu gün yaydığı məlumatdan belə çıxır:

 
İranın Səhiyyə Nazirliyinin koronavirusla əlaqədar yaratdığı “Mask” adlı tətbiqdə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yol verilmiş yanlışlıq artıq aradan qaldırılıb.
Bu barədə Axar.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib. O bildirib ki, ölkəmizin İrandakı səfirliyi bu məsələni İranın aidiyyəti qurumları qarşısında qaldırıb:
“İran tərəfi bu səhvi artıq düzəldib. Həmin tətbiqdə Azərbaycanın ərazisi artıq təhrif olunmamış şəkildə qeyd olunub”.
Nəqliyyat Rabitə Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova da saytımıza açıqlamasında bildirib ki, tətbiqdə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı müvafiq düzəlişlər edilib və artıq sözügedən ərazi "Qarabağ Respublikası" kimi qeyd edilmir.
 Qeyd edək ki, İranın Səhiyyə Nazirliyinin koronavirusla bağlı yaratdığı “Mask” adlı tətbiqdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsi fars dilində “Qarabağ Respublikası” kimi təqdim olunmuşdu.


Ana səhifəyə qayıt        Baxış: 5 984          Tarix: 20-04-2020, 14:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma