Xəbər lenti
Bu gün, 17:44
Bu gün, 16:15
Bu gün, 13:17
Bu gün, 12:57
Bu gün, 11:22
Bu gün, 10:44
Bu gün, 10:00
Dünən, 17:54
Dünən, 16:27
Dünən, 16:00
Dünən, 13:44
Dünən, 11:43
3-02-2025, 23:43
3-02-2025, 22:59
3-02-2025, 21:48
3-02-2025, 18:25
3-02-2025, 17:20
Yəqin ki, Osman Sərıvəllinin məşhur sözlərini xatırlayırsınz:
“Məcnun dərd əlindən dağa çıxdı,
Dedilər: - “bəxtəvər yaylağa çıxıb”.
Bu gün Prezidentin töhmətinə layiq görülən İsmayıllı rayon icra başçısı Nahid Bağırov da öz məntiqinə görə, Məcnun taleyi yaşayıb.
Ovqat.com xəbər verir ki, Prezidentin icra başçısını cəzalandırmasının səbəbi ətrafına topladığı dost-aşnaları ilə bərabər Qovğadar dağına çıxması olub.
Məlumata görə, icra başçısı rayon əhalisinə nümunə olmaqdansa, kef eşqinə düşüb və üstəlik, yaylağa çıxmaq özbaşınalığını rayon İcra hakimiyyətinin rəsmi saytında işıqlandırmaqdan belə çəkinməyib.
Karantin qadağasını pozmağına isə müqəddəs don geyindirib: “Möhtərəm Prezident İlham Әliyevin tövsiyәlәrinә әsasәn”...
Gözə girməkdən çox, ölkə başçısının iradəsinə istehzaya bənzəyən bu əsaslandırma Nahid Bağırova baha başa gəlib.
Qeyd edək ki, Nahid Bağırov bundan öncə Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri olub. Görünür, o, köhnə vərdişini hələ də unuda bilməyib.
İcra başçısının Prezident tərəfindən saxtakarlıq nümunəsi kimi qiymətləndirilən həmin əsaslandırmasını təqdim edirik:
Möhtərəm Prezident İlham Әliyevin tövsiyәlәrinә әsasәn vә İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun rәhbәrliyi ilә turizm sahəsi üzrə bir qrup sahibkar Qalacıq kәndindә yerləşən Qovğadar dağına sәyahәt edib. Mәqsәd rayonun turizm potensialının tәdqiqi çərçivəsində “haykinq” kimi tanınan dağda piyada turist marşrutu və onunla əlaqədar turizmin digər imkanlarını yerində dəyərləndirmək olub. Yeni ekoturizm layihəsinin reallaşdırılması hündürlüyü 2214 metr olan dağın eyni adlı yaylağında nәzәrdә tutulur.
N.Bağırov yaylaqda haykinq marşrutunu şəxsən özü sınaqdan keçirib. Qrup haykinqə 1480 metr yüksəklidən başlayıb və 2030 metr yüksəkliyə qədər irəliləyib. Yaylaqda qlampinq tipli hotelin də təşkili nəzərdə tutulur. Bu, heç bir növ infrastrukturu olmayan və tam təbii mühitdən ibarət meşədə daşına bilən, düşərgə tipli, beşulduzlu sığınacaqdır. Həmin hoteldən müxtəlif istiqamətlərdə haykinq marşrutların pasport layihəsi hazırlanır, GPS ilə coğrafi göstəriciləri müəyyən olunur. Yaylağın coğrafi movqeyi buradan Qəbələnin Laza, Qubanın Xınalıq və Haput kəndlərinə bu cür marşrutların təşkilini mümkün edir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər