Xəbər lenti
 

 
Müasir dünyanın ən əzazil diktatoru kimi tanınan Şimali Koreya lideri Kim Çen İn dünyasını dəyişib.
 
Ovqat.com-un məlumatına görə, diktatorun səhhətilə bağlı verilən xəbərlər bu ehtimalı gücləndirir.


 
Belə ki, bir müddət əvvəl Cənubi Koreya mediası Kim Çen İnin ağır ürək əməliyyatı keçirdiyi və ölüm döşəyinə düşdüyü barədə yazmışdı. Şimali Koreya və Çin rəsmiləri bu məlumatı təkzib etmişdilər. Fəqət diktator da ortalıqda görünmürdü. O hətta aprelin 15-də Şimali Koreyada müqəddəs doğum günü kimi qeyd edilən öz babası Kim Joung Unun ad günü mərasimlərinə də qatıla bilməmişdi. Halbuki bu mərasim Şimali Koreyanın 1 nömrəli rəsmi bayramıdır.


 
Aprelin 11-dən qeybə çəkilən diktatorun səhhətilə bağlı, nəhayət, ölkənin rəsmi media qurumları xalqa açıqlama veriblər. Açıqlamada diktatorun həqiqətən də ağır əməliyyat keçirdiyi, hazırda “dərin meditasiyada olduğu və xarici qıcıqlara reaksiya vermədiyi” bildirilir.
 
Xarici qıcıqlara cavab verməmək isə tibb elmində ölüm anlamına gəlir.
 
Bildirildiyinə görə, ölkə rəhbərinin vəziyyəti pisləşərsə, hakimiyyət onun kiçik bacısı Kim Ye Çjona keçəcək.


 
Qeyd edək ki, Kim Ye Çjona hakim ailənin Şimali Koreya siyasi həyatında aktiv yer tutan nadir nümayəndələrindən biridir. Bir çox rəsmi görüşləri öz bacısıyla bərabər keçirən diktator bəzi önəmli səfərlərə də onu göndərirdi. Çjona bir çox məqamlarda Şimali Koreyanın xarici siyasətini müəyyənləşdirən əsas fiqur kimi tanınır. 
 


Təsadüfi deyil ki, diktator ABŞ-la ilk diplomatik münasibətləri qurmağı da öz bacısına həvalə etmişdi. Çjona bu məqsədlə 2018-ci ildə yüksək səviyyəli nümayəndə heyətinin rəhbəri kimi Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlarında iştirak etmək adıyla Seula yollanmış, burada ABŞ Dövlət Departamentinin rəhbəri ilə görüşmüş və beləcə iki ölkə arasında danışıqların əsası qoyulmuşdu. ABŞ prezidenti Donald Trump və Çin prezidenti Şi Cinping ilə birlikdə aparılan danışıqlarda da qardaşını tək buraxmayan Çjona Şimali Koreya diktatorunun ən yaxın dostu və məsləhətçisi kimi tanınır. 


 
Öz əmisini, ən yaxın qohumlarını acımasızcasına qətl edən diktatorun bacısına göstərdiyi etimad, sözsüz ki, səbəbsiz deyildi və Çjonanın qardaşına hədsiz itaətindən irəli gəlirdi. Kim Çen İn hətta bacısının həyatına kiminlə ailə qurub-qurmayacağına qərar verəcək qədər qarışırdı. Onun boyu 1.75 ölçüdə olan yeznə axtardığı da ailə sirri olmaqdan çıxıb dünya mediasının ilginc xəbərinə çevrilmişdi. Bəzən Kim Çen media orqanları önündə bacısının onun nökəri olduğunu göstərməkdən belə çəkinmir və uzun müddət dünya mediasında özündən söz etdirə bilirdi.


 
Mediada rəsmi ziyarətlərdə və milli bayramlarda ölkə liderinin yanında görünən, bəzən hətta təkbaşına xarici diplomatlarla mühüm danışıqlar aparan Kim Yo Çjonanın yeni lider olmasının qarşısını ala biləcək yeganə “qüsuru” zərif cinsin nümayəndəsi olmasıdır. Şimali Koreya xalqı patriarxal xarakterə sahib olduğundan xanım Kimin ümumxalq məhəbbəti qazanıb-qazana bilməyəcəyi şübhəlidir. 



Di gəl ki, Kim Çen İnin qeyri-rəsmi arvaddan 3 oğlu olduğu iddia edilsə də, indiyədək adları belə gizli tutulan bu uşaqların ən böyüyünün 10 yaşı var. 10 yaşlı bir uşağı prezident “seçmək” (Onların Məzahir Pənahovunun daha böyük təcrübəyə malik olmasına baxmayaraq) xeyli ağ olduğundan Şimali Koreya xalqı patriarxal dünyagörüşünə sahib olmasına rəğmən zərif hegemoniyanın boyunduruğu altına girməyə məhkumdur.






Ana səhifəyə qayıt        Baxış: 78 021          Tarix: 23-04-2020, 08:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma