Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
İranla Azərbaycan arasında sərhədlər bağlıdır. Koronavirus yayılmasına qarşı alınan bu tədbirlərin nə zaman ortadan qaldırılacağı isə bilinmir. Ən azı ona görə ki, rəsmi Bakı karantin məhdudiyyətlərini gələn ayın 4-nə qədər uzadıb. Bu müddət bitdikdən sonra məhdudiyyətlərin tamamilə ləğvi xəstəliyin yayılmasının nə dərəcədə qarşının alınmasına bağlıdır.
İranda isə karantin rejimi tədricən aradan qaldırılır. Artıq bir çox sahələr fəaliyyətə başlayıb. Maraqlıdır ki, İran turizm şirkətləri karantin məhdudiyyətlərinin nə zaman bitəcəyi bəlli olmayan Azərbaycana müştəri arayışındadırlar.
İranın BaharNews saytı bu gün turizm şirkətlərinin Bakıya səyahət elanına bənzəyən yazı dərc edib. Əsasən Bakı barəsində yığcam məlumat verilən tanıtım yazısını Ovqat.com oxucularına təqdim edirik
Azərbaycana, onun paytaxtı Bakıya səyahət etməyi planlaşdırır və bu gözəl şəhər haqda məlumat toplamaq istəyirsiniz? Bu yazıda sizə Bakının görməli yerlərindən bəhs edəcəyik.
Bakıya yollanmazdan əvvəl şəhərin hansı hissəsində otel bron etməyin məsləhət olduğunu bilsəniz, daha yaxşı olar. Bu mənada, faydalı məlumatlar almaq istəyənlər bu yazı ilə tanış olsun.
Səfərdən əvvəl bilməlisiniz...
Bilməli olduğunuz ilk məsələ odur ki, Azərbaycana yollanmaq üçün turist vizası almalısınız. Bundan sonra istər hava, istərsə də quru yolu ilə yola düşə bilərsiniz. Bakı o qədər də böyük şəhər deyil. Odur ki, Bakının görməli yerlərini gəzmək üçün orada uzun müddət qalmağa ehtiyac yoxdur. Başqa sözlə, 3 gecə və 4 gün, yaxud 4 gecə və 5 gün kifayətdir. Orada daha artıq qalmağın xüsusi mənası yoxdur.
Şəhərin hansı hissəsindəki otellər daha məsləhətdir və niyə?
Əgər Bakıya sırf gəzmək üçün səyahət edirsinizsə (bir çox turist oraya bu məqsədlə yollanır), oteli şəhərin mərkəzində tutmanız məsləhətdir. Bakının mərkəzi dedikdə Fəvvarələr meydanı və “Torqovaya” küçəsi nəzərdə tutulur. Şəhərin görməli yerlərinin bir çoxu məhz bu əraziyə yaxındır. Məsələn, paytaxtın qədim hissəsini görmək istəyənlər İçərişəhəri gəzməlidir. O isə qeyd olunan ərazidən təxminən 500-1000 metr məsafədədir.
Yaxud, muzeyləri gəzmək istəyirsinizsə, onların da əksəriyyəti məhz bu ərazidə yerləşir. Eyni sözlər alış-veriş məkanlarına, yaxud, ucuz və məşhur restoranlara da aiddir.
Lakin bu zaman bir məqam nəzərə alınmalıdır – şəhərin mərkəzində yerləşən otellər bir qədər kənarda yerləşənlərdən bahadır. Amma qiymət fərqi çox deyil.
Azərbaycan paytaxtına dəniz əyləncəsi və yay istirahəti üçün gedirsinizsə, şəhərin sahil bölgəsində otel sifariş etməniz daha yaxşı olar.
Bakının ən məşhur çimərlik otellərindən “Spring Hotel”, “Aff Park”, “Bilgah Beach Hotel”, “Ramada Beach Hotel” və digərlərinin adını çəkmək olar. Onlar adətən şəhərin kənarında yerləşir.
Lakin istənilən halda, şəhər mərkəzində otel sifariş etmək daha məsləhətdir. Əks halda şəhər gəzintisi üçün taksiyə əlavə pul ödəməli olacaqsınız. Dəniz əyləncəsi üçün səyahət günlərinizdən birini ayıra bilərsiniz.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar