![](/templates/Wmediat51/images/vetendash.jpg)
Xəbər lenti
Bu gün, 12:57
Bu gün, 11:22
Bu gün, 10:44
Bu gün, 10:00
Dünən, 17:54
Dünən, 16:27
Dünən, 16:00
Dünən, 13:44
Dünən, 11:43
3-02-2025, 23:43
3-02-2025, 22:59
3-02-2025, 21:48
3-02-2025, 18:25
3-02-2025, 17:20
3-02-2025, 16:30
3-02-2025, 15:49
3-02-2025, 15:13
3-02-2025, 14:04
3-02-2025, 13:23
![](/uploads/posts/2020-04/1587833223_3a658a15-01d0-4403-a004-166868c4117e.jpg)
Prezident İlham Əliyevin 19 mart tarixli sərəncamı əsasında yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə kampaniyası davam edir. İndiyədək yüzlərlə şirkət, dövlət qurumu, sahibkar və sadə vətəndaşlar bu Fonda müxtəlif məbləğlərdə vəsait köçürüb. Prezidentin çağırışına iri şirkətlərlə yanaşı kiçik sahibkarlıq subyektləri də qoşulur.
Kampaniyaya qoşulan belə sahibkarlıq subyektlərindən biri də “Addım-A” uşaq bağçasıdır. Bağça Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməklə fəaliyyət göstərdiyi sahədə digər təlim-tərbiyə müəssisələrinə örnək göstərib.
Məlumdur ki, dünyada geniş yayılmış pandemiyaya yoluxanların bir qismi körpələrdir. Həkimlər, virusoloqlar yaşlı insanlarla müqayisədə onların həyatına təhlükənin az olduğunu bildirsələr də, koronavirus səbəbindən dünyasını dəyişən uşaqların da sayı az deyil.
Azərbaycanda da koronavirus xəstələrinin bir qismi uşaqlardır. Onlar müxtəlif şəraitlərdə, əsasən böyüklərdən keçən infeksiya səbəbindən bu virusa yoluxublar. “Addımı A” özəl bağçalar sektorunda yeganə təlim-tərbiyə müəssisəsidir ki, dövlətin pandemiyaya qarşı mübarizəsinə öz dəstəyini verərək sosial məsuliyyət anlayışını dərk etməklə yanaşı, uşaqlara da yardım etmiş olur.
Bu gün koronavirusa qarşı mübarizəyə verilən maddi dəstəyin həcminin az və ya çoxluğundan asılı olmayaraq, onun mənəvi tərəfi daha önəmlidir. Bu addım nəciblik, xeyirxahlıq əməli bəşəri dəyərlərə, insana, onun üçün əvəzolunmaz olan sağlamlığına verilən dəyərin əvəzsiz ifadəsidir. Hansı ölkədən olmasına baxmayaraq, dünya insanı müqəddəs amal ətrafında birləşərkən, onun bir parçasına çevrilmək əvəzsiz duyğudur. Bu zaman biznes, maddi gəlirlər, perspektiv planların hamısı arxa plana keçir.
Onu da vurğulayaq ki, “Addım A” uşaq bağçasının sahibi pandemiya dövründə işçilərin əməkhaqqını da ödəməkdə davam edir.
“AzPolitika”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər